Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3028/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1MTK-ya, «xxxx»MMC-yə qarşı (3-cü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti) öhdəliyin icra edilməsi, maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Cavabdeh1MTK-ya, «xxxx»MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahiblik və istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin təqdim edilməsini, vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi verilərkən ərazi aidiyyatı pozulmuşdur. İddia tələbindən və əsaslandırıldığı hallardan görünür ki, iddianın əsasını iddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 2942 D məhəllədə inşa edilmiş 100 nömrəli mənzilə dair sənədlərin təqdim olunması və bunun nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi təşkil edir. Başqa sözlə, iddiaçı mənzilə dair hüquqlarının pozulmasının aradan qaldırılmasını istəmişdir. Bu səbəblə də məhkəmə hesab edir ki, mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər və sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə müvafiq əmlakın olduğu yerin məhkəməsində baxılmalı olması təsbit olunur. Beləliklə, iddiaçıların hazırki mübahisə predmeti olan mənzilə dair müdaxilənin aradan qaldırılması tələb etməsini və həmin əmlakın Bakı şəhəri Xətai rayonu ərazisində yerləşməsini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, hazırki məhkəmə mübahisəsinin düzgün və vaxtında həll olunmasına dair maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi üçün mülki işə müstəsna aidiyyət baxımından Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü il maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarır. Digər tərəfdən iddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmiş və bu barədə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz Xətai Rayon Məhkəməsi üçün ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-cü maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, aidiyyat qaydaları pozulduğu, dövlət rüsumu lazımi qaydada ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, «xxxx» MMC-yə qarşı (3-cü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti) öhdəliyin icra edilməsi, maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3028/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3028/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver