Məhkəmə qərarları › İş №2(005)-3075/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3075/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3075/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Sadiq olğunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı universitetə bərpa olunma tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Sadiq olğu iddia ərizəsi (şikayət ərizəsi) ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, İddiaçı Sadiq olğunun iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində cavabdeh kimi müəyyən olunan tərəf Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələb yönəlməmiş, digər cavabdeh olaraq tərflər dəqiq müəyyən edilməmiş, tərəflərə hansı tələbin yönəldilməsi aydın deyil, cavabdehlərə qarşı yönəlmiş tələblər isə qeyri-müəyyəndir. İddia tələbinin nəticə hissəsindən görünür ki, İddiaçı Sadiq olğu övladının universitetə bərpası və şəxsi işin arxivdən tapılmasına ümid etdiyini bildirir.. İddia tələbləri konkret olmamaqla yanaşı, iddia ərizəsinin forma v məzmunu barədə tələblər pozulmaqla məhkəməyə müraciət olunmuşdur. İddiaçı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunan forma və məzmuna əməl etməmiş, iddia tələbini əsaslandıran heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əssən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, onun öz tələblərini əsaslandırdığı hallardır. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri işə baxılmasını qeyri-mümkün edən, aydın olmayan tələblər olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-cu, 152-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sadiq olğunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı universitetə bərpa olunma tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar