Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3115/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh“K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 54,60 (əlli dörd manat altmış qəpik) manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının, ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 nömrəli və TR 066 nömrəli teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı tərəfindən “Ədalət-A” hüquq firması ilə xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxx 2014cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 30 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx xxxxxx 2010-cu il tarixdə həmin ünvanda yaşayan Maqsud Cavanşirov ilə İddiaçı arasında bağlanmış “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx xxxxxx 2011-ci il tarixədək etmiş və xx xxxxx 2011-ci il tarixdə 20,10 (iyirmi manat on qəpik) manat borc ilə şəbəkədən ayrılmışdır. xx xxxxxxx 2011-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0753D nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçınə maddi ziyan vurulmuşdur.Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat, xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvana son baxışın keçirildiyi xx xxxxx 2011-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx xxxxxxx 2011-ci il tarixə qədər olan müddət 182 (bir yüz səksən iki) gün təşkil edir.Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 0,30 (otuz qəpik) manat maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 54,60 (əlli dörd manat altmış qəpik) manat təşkil edir. Həmçinin, İddiaçı “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat məbləğində pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən, dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx xxxxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən, Cavabdeh məhkəmə işi üzrə İddiaçı tərəfindən “Ədalət-A” X2 150 (bir yüz əlli) manat ödənilmişdir; İddiaçı tərəfindən təqdim olunmuş xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ilə ünvan 3 ünvanında yaşayan Maqsud Cavanşirov arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx xxxxxx 2010-cu il tarixdə həmin ünvan “KATV1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx xxxxxx 2011-ci il tarixdə edərək, xx xxxxx 2011-ci il tarixdə həmin mənzil 20,10 (iyirmi manat on qəpik) manat borcla şəbəkədən ayrılmışdır; 30 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx xxxxxxx 2011-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh məxsusdur; xx xxxxxxx 2011-ci il tarixli D seriyalı 0753 nömrəli akta əsasən, ünvan 3 ünvanda yerləşən mənzilin sakini İddiaçı KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır; Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə ünvan 3 ünvanında yaşayan Maqsud Cavanşirov ilə İddiaçı arasında bağlanmış “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx xxxxxx 2011-ci il tarixədək etmiş və xx xxxxx 2011-ci il tarixdə 20,10 (iyirmi manat on qəpik) manat borc ilə şəbəkədən ayrılmışdır. ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh məxsusdur. Nəticədə, Cavabdeh müvafiq kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində 54,60 (əlli dörd manat altmış qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində borc vəsaiti yaranmışdır. İddiaçı iddia ərizəsi verilərkən dövlət büdcəsinə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh“K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 54,60 (əlli dörd manat altmış qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3115/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3115/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver