Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3154/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1971-ci il təvəllüdlü mərhum atası Həsənov Elçin Zöhrab oğlunun həqiqətən xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi hüquqi əhəmiyyəti faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü atası Həsənov Elçin Zöhrab oğlu xx xxxxxx 2020-ci il tarixdə ev şəraitində ürək çatışmamazlığından vəfat etmişdir. Təcili və X2 çağırılmasına baxmayaraq, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermiş və BŞT TTYS-nin 1 saylı bölməsinin təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə 1 Saylı ASAN Xidmətin Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona xx.xx.2020-ci il tarixində imtina məktubu verilərək “ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi tibbi şəhadətnamənin verilməsi məqsədi ilə 8 Saylı Poliklinikasına müraciət etsə də, atasının ona məlum olmayan səbəbdən həmin poliklinikada qeydiyyatda olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə mərhum atası "Kürdəxanı Qəbirstanlığında” dəfn edilmişdir. Ərizəçi vərəsəliyin qəbul edilməsi məqsədi ilə notarial orqana müraciət etmək istəmiş, lakin ölüm şəhadətnaməsinin olmaması səbəbindən bunu edə bilməmişdir. Qeyd olunan səbəblər nəticəsində də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Həsənov Elçin Zöhrab oğlu onun həyat yoldaşı olub. Uzun muddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. 24 08.2020-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanda vəfat etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid Şahbazov Kamr qurban oğla məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum Həsənov Elçin Zöhrab oğlunun kürəkənidir. O vəfat edən günü evlərində olmuş, dəfndə də iştirak etmişdir. Mərhum ürəkxəstəliyindənəziyyətçəkirdi. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2014-cü il tarixdə Bakı 1 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı, 437194 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Həsənov Elçin Zöhrab oğlu ilə X4 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1461 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir; Maraqlı şəxs tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş Xİİ-JQ seriyalı, 413659 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Həsənov Elçin Zöhrab oğlu xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – Ərizəçi Əli Baba oğlu, anası – Həsənova validə Məmməd qızıdır; Bakı şəhəri Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 23:28 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi Ə.Səfərov 1971-ci il təvəllüdlü Həsənov Elçin Zöhrab oğlunun vəfat etməsini qeyd etdi; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Həsənov Elçin Zöhrab oğlu xx.xx.1971-ci il tarixdə Azərbaycanda doğulmuşdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən Həsənov Elçin Zöhrab oğlu ünvan 3 ünvanda pasport qeydiyyatındadır; Bakı 1 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-987- 15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, Bakı şəhərində nadan olmuş Həsənov Elçin Zöhrab oğlu Ərizəçi atasıdır. Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Həsənov Elçin Zöhrab oğlu xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. Bakı 1 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə Həsənov Elçin Zöhrab oğlunun ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Həsənov Elçin Zöhrab oğlunun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Həsənov Elçin Zöhrab oğlunun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3154/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3154/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver