Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3215/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X12 onun qardaşı olmuş və 1969-cu ildə Kürdəmir rayonunda doğulmuşdur. xx.xx.2020-ci il tarixdə qardaşı Asif Xəlilovun vəziyyəti ağırlaşmış və X22 gələnə qədər o vəfat etmişdir. Qardaşı-Asif Xəlilov həmin gün Keşlə qəbristanlığında dəfn edilmişdir. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, Bakı şəhəri Maraqlı şəxsndən ona rəsmi qaydada ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamənin tələb olunduğu bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunan səbəblər nəticəsində də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Asif Xəlilov onun həyat yoldaşı olub. Uzun muddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə vəziyyəti pisləşdi, təcili yardım gələnə qədər vəfat etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun qardaşıdır. O vəfat edən günü evdə olmuş, təcili yardım çağrılmışdır. Lakin həkim gələnə qədər vəfat etmişdir. Mərhum uzunmuddətdir xəstəlikdənəziyyət çəkirdi, daima müalicə olunurdu. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2011-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 mənzil 33 ünvanında qeydiyyatdadır; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X11 xx.xx.1969-cu il tarixdə Azərbaycanda doğulmuşdur; Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı, 437194 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Həsənov Elçin Zöhrab oğlu ilə X9 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1461 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 134 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2020-ci il tarixli, 144 nömrəli arayışına əsasən Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 16 saylı evin, 33 saylı mənzilində mərhum qardaşı X11 vəfat edənə kimi xx.xx.2020-ci il tarixinə kimi birlikdə qeydiyyatda olmuş və yaşamışlar; Azərbaycan SSR Kürdəmir rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur, atası – X4, anası – X2r; Bakı şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi S.Qafarov 1969-cu il təvəllüdlü X5 vəfat etməsini qeyd etdi; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 70 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən X11 xx.xx.2020-ci il tarixdə Keşlə qəbirstanlığında dəfn olunmuşdur; Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 120 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən X10 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, Kürdəmir rayonunda anadan olmuş X11 Ərizəçi qardaşıdır. Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. X11 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 4 ünvanında vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X5 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası, Kürdəmir rayonunda anadan olmuş X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası, Kürdəmir rayonunda anadan olmuş X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3215/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3215/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver