Məhkəmə qərarları › İş №2(005)-3261/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3261/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3261/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair”iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində Cavabdeh onun xeyrinə hər ay 170 manat olmaqla, 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan onların xx.xx.2016-cı ildə oğlu Sahib, xx.xx.2018-ci ildə qızı Mələk anadan olmuşdur. Nikahdan sonra onların münasibətləri bir neçə ilə normal olsada, son 2 il ərzində münasibətlər cavabdehin hərəkətləri səbəbindən korlanmışdır. Hazırda cavabdehlə ayrı yaşayırlar, o, uşaqlarının saxlanılmasında ona heç bir maddi yardım göstərmir, onların problemləri ilə maraqlanmır, iddiaçı uşaqlarının normal təminatını tək başına təmin edə bilmir. Ona hər ay uşaqlarının saxlanması üçün 600 manata qədər xərci çıxır ki, bunun yarısıda cavabdeh tərəfindən ödənilməlidir. Uşaqların böyüməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşaqlara geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaqlar üçün təşkil etmək tək başına iddiaçıya olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşaqların normal yaşayışını təmin etmə üçün bütün bunların təşkil olunmasında ona hərhansı bir köməklik göstərmir. Buna görə də uşaqların saxlanması üçün Cavabdeh alimentin tutulmasını istəyir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki,məhkəmənin qərarı ilə oğlu Sahibin və qızı Mələkin saxlanması üçün hər ay sabit pul məbləğində hər biri üçün 170 manat olmaqla- cəmi 340 manat cavabdehdən aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəməbaxışıiclasınınvaxtıvəyeribarədəqanunlamüəyyənedilmişqaydadaxəbərdared ilmələrinəbaxmayaraq, cavabdeh məhkəməiclasınagəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İİ 058037 seriyalı “Nikah haqqında” Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2014-cı il tarixdə Cavabdeh ilə X4 rəsmi nikaha daxil olmuşlar. Nikahdsan sonra arvada “Sadıqova” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 772483 nömrəli doğum haqqında şəhadətnamənin və 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV № 158576 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 xx xxxx 2016-cı il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 ataları Cavabdeh, anaları isə X5r. İş materiallarında olan ASAN1 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi,ev.68B ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxx 2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşlar, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşaqları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Sadıqova (Zülfüqarova) Arzu Tağı qızının xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulma vaxtı xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar