Məhkəmə qərarları › İş №2(005)-3307/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3307/2020

11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3307/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 1969-cu il tarixdə Erməninstanın Quqark rayonunda dünyaya gəlmişdir. Valideynləri atası-X6 (milliyəti azərbaycanlı), anası-X4 (milliyəti azərbaycanlı). O, doğum haqqında şəhadətnaməni itirdiyinə görə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan rəsmi imtina verilərək Məhkəməyə müraciət elmək tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun x xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmağı barədə doğum haqqında şəhadətnamənin verilməsi üçün doğum akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun x xxxxxx 1969-cu il tarixdə Ermənistanın Quqark rayonunda doğulduğu barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 912 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsinə cavab olaraq xx.xx.2020-ci il tarixli 49 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı Qərarının 16-cı bəndinə istinad edilib ərizənin təmin olunmasından imtina edilir, akt qeydimin bərpa edilməsi üçün zəruri sənədlərin olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Emənistanda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 15961401 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə Emənistanın Quqark rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 15874326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1978-ci il tarixdə Emənistanın Quqark rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 05296702 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 XX.XX.1940-cı il tarixdə Emənistanın Quqark rayonunda anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Emənistanda anadan olmuşdur. İş materiallarında olan Ermənistan SSR Quqark rayon Allavar kənd soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli İ-ZJ 207239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə Emənistanın Quqark rayonu Aydarlı kəndində anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan Ermənistan SSR Quqark rayon Allavar kənd soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli İİİ-SL 448442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Emənistanın Quqark rayonu Aydarlı kəndində anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan Ermənistan SSR Quqark rayon Allavar kənd soveti tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli İİ-SL 377654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1978-ci il tarixdə Emənistanın Quqark rayonu Aydarlı kəndində anadan olmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən,məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR-in Quqark rayonunda anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR-in Quqark rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X6, milliyyəti azərbaycanlı, “ana” qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar