Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3345/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 21 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,4 kv.metr sahədən ibarət mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 21 (Yeniqaydalarla ünvan 1ünvanında yerləşən mənzil xx xxxxxx 2014-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 onun ailə üzvləri deyildir, onlarla heç bir qohumluq əlaqələri yoxdur. Cavabdehlər onunla qonşuluqda, lakin başqa binada, başqa mənzildə yaşasalar da, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 21 (Yeni qaydalarla ünvan 2 mənzil2)ünvanında yerləşən mənzildə qeydiyyatda olmalarını 5 saylı Bakı “Asan xidmət” Mərkəzindən arayış alan zaman məlumat almışdır. Lakin cavabdehlər bir gün belə ona məxsus mənzildə yaşamamışlar. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir.Beləliklə, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22, mənzil 21 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,4 kv.metr sahədən ibarət mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər (cavabdeh təşkilatın nümayəndəsi) məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçının məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdeh şəxslərin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı şəxsə izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3345/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3345/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver