Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3355/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nın xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X10 ərizəçinin anası olmuşdur. O, xx xxxxxx 1951-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Onun təzyiq ilə bağlı problemləri olmuş, xx xxxxxx 2020-ci il tarixdə insult keçirmiş, ondan sonra səhhətində olan problemlər artmışdır. Müalicə almasına baxmayaraq, anası xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. X3 Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə mərhum X3nın vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən də görünür. xx xxxxxx 2020-ci il tarixdə mərhum anası Abşeron rayonu, Mehdiabad qəbirstanlığında dəfn etmişlər. O, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə mərhum anasının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, bir hal da qeyd edilməlidir ki, X3 Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 85 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvandan qeydiyyatdan çıxarılması mümkün deyildir. Buna görə də, öülm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ərizəçi oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X15 bildirmişdir ki, o, Ərizəçi oğlunun qonşusudur. Ərizəçi oğlunun X3 Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə ərizəçinin mərhum X3nın vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Ərizəçi oğlunun anası X1 qəbiristanlığında dəfn olunmuşdur, onun yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X12 bildirmişdir ki, o, Ərizəçi oğlunun həyat yoldaşıdır. X10 xx xxxxxx 1951-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Onun təzyiq ilə bağlı problemləri olmuşdur və 2020-ci ilin yanvar ayında insult keçirmişdir. Müalicə almasına baxmayaraq, X10 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. X2 rayonunda yerləşən Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur, onun dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə Ərizəçi oğlunun izahatını, habelə şahidlər X8 və X7 ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, Ərizəçi oğlunun tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Ermənistanın Qafan Rayon VVAQ Şöbəsi tərəfindən xx xxxxxxxx 1977-ci il tarixdə verilmiş İİ-СЛ seriyalı 297501 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonundan anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1977-ci il tarixdə 212 nömrə ilə qeyd edilmişdir. X4, X3 olmuşdur; Bakı şəhəri Təcili və X11 Stansiyasının 22 nömrəli Bölməsinin xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il saat 11:50 radələrində Bakı şəhəri, Surqaxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 15, 13 nömrəli mənzilinə X6 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi oğluna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 131 nömrəli məktubunun məzmunundan görünür ki, ərizəçi şəxsin xx xxxxxx 2020-ci il tarixli ərizəsinə cavab olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 66 nömrəli arayışının məzmunundan görünür ki, X10 xx xxxxxx 2020-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonundan anadan olmuş Ərizəçi oğlu Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 85 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13931952 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1951-ci il tarixdə Ermənistanın Qafan rayonundan anadan olmuş X10 Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 85 ünvanında qeydiyyatda olmuşdur; xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi oğlu müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X6 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X6 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1951-ci il təvəllüdlü X6 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3355/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3355/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver