Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3441/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 xx.xx.1938-ci il təvəllüdlü atası X4 Bakı şəhərində xx xxxxxx 2019-cu il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.2019-cu il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi, ev 15-də qəfildən ürək tutması nəticəsində ölmüşdür. Həmin vaxt atasının qəfildən ürəyini tutduğunu görən kimi ona ilkin yardım göstərməyə çalışsalar da, bu heç bir nəticə verməmiş və o, vəfat etmişdir. Daha sonra evə gələn təcili tibbi yardım stansiyasının həkimi ərizəçinin atası X4 ölüm faktını təsdiq etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi və mərhum Cəfərov Şamil ilə qohumdur. Cəfərov Şamil ürək tutumasından öz evində vəfat etmişdir. Həmin gün onların evində olmuş, hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun qayınatasıdır. X9 urəyindən daim şikayət edirdi. xx xxxxxx 2019-cu il tarixdə ürək tutmasından evində vəfat etmişdir. Təcili yardım çağrılmışdır, lakin həkimlər gəldikdə artıq vəfat etmişdir. Hüzr mərəsimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2005-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 04688878 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1938-ci il tarixdə Ermənistan, Quqark kəndində anadan olmuş X9 ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdə saat 23:25 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 2 saylı bölmənin həkimi A.Əliyeva 1938-ci il təvəllüdlü X4 vəfat etməsini qeyd etdi; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 37 nömrəli şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 90 saylı məktubun surətindən görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, xx.xx.2019-cu il tarixdə sahə həkimi evə çağırış zamanı atasına Bağırsaq qanaxmasına şübhə ilə stasionarda müayinə və müalicə olunmasını məsləhət görmüşdür. xx.xx.2019-cu il tarixdə həkim aktiv çağırışla xəstəyə baxış keçirmiş və onkoloji dispanserdə müayinə olunmasını məşləhət görmüşdür, lakin xəstənin qohumları bundan imtina etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün poliklinikaya 1 il sonra müraciət olunmuş və əsas xəstəliyi təsdiq edən heç bir xəstəxanada müayinə olunması haqda epikriz təqdim olunmamışdır. Ona görə də ölüm haqqında tibbi şəhadətnamə poliklinika tərəfindən yazılmadığı bildirilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ermənistanın quqark kəndində anadan olmuş X9 Ərizəçi atasıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X9 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1938-ci il tarixdə Ermənistanın Quqark kəndində anadan olmuş X4 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Ermənistanın Quqark kəndində anadan olmuş X4 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3441/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3441/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver