Məhkəmə qərarları › İş №2(005)-3456/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3456/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3456/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «müqavilələr üzrə borcun tutulması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «müqavilələr üzrə borcun tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük., Piko TPG Case üçün 528 ( beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə., 52 ( əlli iki)manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon üçün 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 67 (altmış yeddi)cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1.349 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il xx.xx.2019-cı« il tarixli müqaviləsinə əsasən İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük, Piko TPU Case, İMEİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 1319 (min üş yüz on doqquz) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cıı il tarixli müqaviləsinə əsasən alqı-salqı qiyməti 718 (yeddi yüz on səkkiz) manat (12 ay x 58 manat + 22 manat ilkin ödəniş) olan İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük, Piko TPU Case üçün ümumilikdə 580 ( beş yüz səksən) manat olmaqla, ondan 528 ( beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 174 manat (0.58 manat x 300 gün) cərimə hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt edilərək 52 ( əlli iki) manat cərimə pulu borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 725 manat (12 ay x 56 manat + 53 manat ilkin ödəniş) olan İMEİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 739 ( yeddi yüz otuz doqquz) manat olmaqla, ondan 672 ( altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 201 manat (0,56 manat x 560 gün) cərimə hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt edilərək 67( altmış yeddi) manat cərimə pulu borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 243 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmindəmübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük., Piko TPG Case üçün 528 ( beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 ( əlli iki)manat cərimə; xx.xx.2019cu iltarixli müqaviləyə əsasən İMLİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon üçün 672 (altı yiiz yetmiş iki) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 243 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük, Piko TPG Case üçün 528 ( beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə., 52 (əlli iki)manat cərimə; xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən İMLİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon üçün 672 (altı yiiz yetmiş iki) manat ödənilməmiş hissə, 67 ( altmış yeddi) cərimə pulu borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilələr əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilələr şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilələr olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilələr münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqavilələrsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilələrdə nəzərdə tutulan müddətdə, müqavilələrdə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqavilələrsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********27286 olan Samsung Galaxy A30 markalı telefon, X1 qoruyucu örtük, Piko TPG Case üçün 528 ( beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki)manat cərimə;xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********73145 olan Samsung Galaxy A50 markalı telefon üçün 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1.349 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar