Məhkəmə qərarları › İş №2(005)-3488/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3488/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3488/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “X2 Kredit Təşkilatı” MMC-nə və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsinin təmin edilməsi tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Kredit Təşkilatı” MMC-nə və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsinin təmin edilməsi tələbi”nə dairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək,avtomobilə dəymiş 16280,00 (on altı min iki yüz səksən) manat zərərin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı müvafiq iddia tələbiilə məhkəməyə müraciət etmiş, lakin İddiaçıcavabdeh “X2 Kredit Təşkilatı” MMC-nin ünvanını iddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 53/56 qeyd etsə də, elktron məhkəmə informasiya sistemində olan məlumatlarla “xxxx” MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 71 olduğu müəyyən edilmişdir. Digər Cavabdeh2 ünvanını isə iddiaçı ünvan 3 A olduğunu iddia ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2 Kredit Təşkilatı” MMC-nə və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsinin təmin edilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar