Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3501/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X1 cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən görünür ki, Ərizəçi onun 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin hərbi xidmətdə olması, onun bu və ya digər hadisələrdə iştirakını təsdiq etmək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsində göstərilən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə şəxsin hər hansı döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarəsinə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə qeyd olunan tələblə bağlı müvafiq İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 152.2.1-ci maddəsinin tələbinə əsasən hazırkı ərizə ilə məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-153-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X1 cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbulundan imtina edilsin. İddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3501/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3501/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver