Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3523/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1965-ci il tarixdə Ermənistan SSR. Əzizbəyov rayonunda doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci il tarixində Ermənistan SSR, Əzizbəyov rayonunda doğulmuşdur. O. 1988-ci ildən Bakı şəhərində yaşayır. Ərizəçi hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11 saylı evin 43 saylı mənzilində pasport qeydiyyatındadır. Ərizəçi qızı X6 əmək fəaliyyəti ilə əlaqədar olaraq ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Bununla əlaqədar olaraq Ərizəçi ilkin olaraq Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli 138 saylı cavab məktubunda qeyd olunur ki, doğum akt qeydinin bərpa edilməsi mümkün olmadığından onun bərpa edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də Ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu fakt yalnız məhkəmə qaydasında təsdiq edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X5 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin doğma bacısıdır. O, və qardaşı Ermənistanda anadan olmuşdular. Məlum hadisələrlə bağlı 1988-ci il tarixdə onlar qaçqın düşmüşlər və bu zaman qardaşı ona məxsus doğum haqqında şəhadətnaməni özü ilə gətirməmişdir. Həmin vaxtdan da şəhadətnaməsi yoxdur. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2015-ci il tarixdə Asan-1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın, Əzizbəyov rayonunda anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; xx.xx.2010-cu il tarixdə Səbail Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 08133930 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 xx.xx.1960-cı il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuş və hazırda Bakı şəhəri, E.İsmayılov küçəsi, döngə 2, ev ö.t 15 qeydiyyatdadır; xx.xx.2017-ci il tarixdə Asan tərəfindən verilmiş AZE seriyalı 17212217 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 xx.xx.1936-cı il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olub; Ermənistan SSR tərəfindən verilmiş İ-ZJ 281965 nömrəli, xx.xx.1960-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Əzizbəyov rayonu, Qramraşen kəndində doğulmuş X3 atası X7, anası X8r; Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 138 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Mücdəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. xx.xx.2020-cu il tarixli qəbzə əsasən Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda doğulmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Şəxsiyət vəsiqəsinə əsasən atasının adı Vladimirdir. X3 adlı şəxs onun bacısıdır. X1 atası X7, anası X8r. Doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olması, atasının atası X7, anası X9 olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1965-ci il, doğum yeri qrafasında Ermənistan, Əzizbəyov rayonu, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X7, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X2 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3523/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3523/2020
27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver