Məhkəmə qərarları › İş №2(005)-354/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-354/2021

13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-354/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Hüseynova (Əliyeva) Şəfa İsmayıl qızının iştirakı ilə,, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 apreı 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləginin artırılarlaq hər ay 170 (yüz yetmiş) manat məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli, 2(005)-3698/2014 №li qətnaməsi ilə Bayramova (Əsədova) Şəbinə Fuad qızı və Cavabdeh arasındakı bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 04 aprel 2013-cü il təvəllüdlü X2 İddiaçının yanında qalması müəyyən olunmuşdur. Bundan əlavə, Zaur Bayramov yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 iyul 2014-cü il tarixdən başlayaraq, Cavabdehdən hər ay sabit pul məbləğində olmaqla 103.00 AZN (bir yüz üç Azərbaycan manatı, 00 qəpik) aliment tutularaq İddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda Zaur Bayramovun 7 (yeddi) yaşı tamam olmuş və o, artıq məktəb həyatına başlayıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 07 noyabr 2014-cü il tarixdə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, uşaq orta məktəbdə təhsilə başlayacaq və ona görə də məsrəfləri yetərincə artır. Uşağın bütün qayğısını demək olar ki, tamamilə anası çəkir. Zamanla uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı yetərincə diqqət və qayğı göstərmir. Böyüdükcə uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun günügündən artan maddi tələbatlarını ödəmək müəyyən çətinliklər yaradır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən uşağın saxlanılması üçün 2014-cü ildə müəyyən edilmiş alimentin miqdarı hazırki dövrün mövcud gündəlik tələbatlarının ödənilməsinə mütənasib deyildir. Buna görə də iddiaçı “aliment məbləğinin həcminin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(005)-3366/2020 nömrəli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Ukraynanın müvafiq məhkəməsinə məhkəmə tapşırığının göndərilməsi, Ukraynanın müvafiq məhkəməsi qarşısında iddia ərizəsinin surətinin Cavabdeh təqdim edilməsi və Cavabdeh ona qarşı verilmiş iddianın mahiyyətinin və mülki işin halları üzrə izahatının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsi barədə vəsatətin qaldırılması, məhkəmə tapşırığına cavab alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 30.09.2021-ci il tarixli məktubu ilə Nərimanov Rayon Məhkəməsinin Cavabdeh barəsində məhkəmə tapşırığının icrası ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyindən daxil olmuş sənədlərdən görünür ki, Cavabdeh izahatı alınmış, cavabdeh iddianı qismən qəbul etmiş, hər ay 70 ABŞ dolları məbləğində aliment ödəməyə razılığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahaını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 059270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 aprel 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20.04.2020-ci il tarixdə 723 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli 2(005)-3698/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh və İddiaçı arasında 20.11.2012-ci il tarixdə Dnepropetrovsk rayonu vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 04.04.2013cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 01.07.2014-cü il tarixdən başlayaraq, 04.04.2013-cü il təvəllüdlü Bayramov Zaur Bəxtiyar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində olmaqla 103 manat aliment tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 209298 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikahın ləğvi 24.01.2015-ci il tarixdə 27 nömrəli akt ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından 04.04.2013-cü il təvəllüdlü Bayramov Zaur Bəxtiyar oğlu anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında 20.11.2012-ci il tarixdə Dnepropetrovsk rayonu vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 04.04.2013cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 01.07.2014-cü il tarixdən başlayaraq, 04.04.2013-cü il təvəllüdlü Bayramov Zaur Bəxtiyar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində olmaqla 103 manat aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli 2(005)-3698/2014 nömrəli qətnaməsi ilə 04.04.2013-cü il təvəllüdlü Bayramov Zaur Bəxtiyar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində tutulması qət edilmiş aliment məbləğini dəyişdirərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli 2(005)-3698/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 04.04.2013-cü il təvəllüdlü Bayramov Zaur Bəxtiyar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar