Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3564/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, Maraqlı şəxs-ı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizənin sənədlərinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM Ərizəçi maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, Maraqlı şəxs-ı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.12.1990-cı il tarixdən Azərittifaqın Sənaye müəssisələrinin istehsalat birliyinin X1 direktor vəzifəsində işləməyi və 1995-ci il tarixdən həmin vəzifədən azad edilmə faktının müəyyən edilməsi haqqında qətnamənin qət edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X3 20.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək, şikayətin təmin edilməsi və iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsində 06.12.1990-cı il tarixdən Azərittifaqın Sənaye müəssisələrinin istehsalat birliyinin X1 direktor vəzifəsində işləməyi və 1995-ci il tarixdən həmin vəzifədən azad edilməsı faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hüquqi faktın müəyyən edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının (DSMF) səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.3-cü bəndinə əsasən, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, MPM-nin 152.2.1-ci maddəsinin tələbinə əsasən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Ərizəçi ərizəsində qeyd etdiyi tələbi ilə ilk növbədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. DSMF ərizəçinin tələbini təmin etmədiyi halda, ərizəçi öz hüquqlarının təmin edilməsi məqsədi ilə DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM Ərizəçi maraqlı şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, Maraqlı şəxs-ı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbulundan imtina edilsin. Ərizəçi ərizəsində qeyd etdiyi tələbi ilə ilk növbədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli olduğu, DSMF ərizəçinin tələbini təmin etmədiyi halda, öz hüquqlarının təmin edilməsi məqsədi ilə DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malik olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3564/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3564/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver