Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3598/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2005-ci il təvəllüdlü X2, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün hər birinə aylıq 200 (iki yüz) manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxx 2004-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Səadət Sarayında rəsmi qeydə alınmışdır. Həmin vaxtdan etibarən cavabdehlə birlikdə qeyd olunan mənzildə yaşayırlar. Birgə nikahdan xx xxxxx 2005-ci il təvəllüdlü X6, xx xxxxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxx 2016-cı il təvəllüdlü X7 dünyaya gəlmişlər. Cavabdehin özünəməxsus xarakteri, gündəlik məişət məsələlərində aralarında yaranana fikir ayrılığı ona gətirib çıxarmışdır ki, o, təxminən üç aydan çox bir müddət ərzində onunla əlaqələri zəifləmiş, yaşadıqları mənzilə ancaq gecələməyə gəlməyə başlamışdır. Həmin vaxtdan etibarən Cavabdeh onunla əlaqələrini tam kəsməsə də, azyaşlı uşaqların gündəlik saxlanma xərclərində qətiyyən iştirak etmir. Uşaqların bütün maddi və məişət problemlərini o tək həll edir. Cavabdeh dilə tutub ailəsinə olan münasibətini qaydasına qoymaq, azyaşlı uşaqların valideyni kimi üzərinə düşən vəzifələrin icrası ilə məşğul olmasına nail olmaq cəhdləri nəticə verməmişdir. Valideynlərin hər ikisinin azyaşlı uşaqların gündəlik saxlanma xərclərində bərabər iştirak etmə qaydasını müəyyən edən qanunvericilik normalarını, habelə hal-hazırda Cavabdeh ailəsinə olan münasibətini nəzərə alaraq, hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün zəruri olan alimentin tutulması məhkəmə yolu ilə həyata keçirilməlidir. Azyaşlı uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarına gəlincə, məhkəmə nəzərə almalıdır ki, cavabdehin konkret qazancı barədə məlumatı yoxdur. Azyaşlı uşaqların yaş həddini nəzərə alaraq belə hesab edir ki, onların normal böyüməsini təmin etmək üçün məhkəmə hər uşaq üçün aylıq 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul etməldir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasəniddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxx 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 092585 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxx 2004-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxx 2004-cü il tarixdə 917 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir; Bakı şəhəri Sabunçu Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 630476 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2005-ci il tarixdə 1342 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Sabunçu Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 986816 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 2320 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 742741 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxx 2016-cı il tarixdə 2485 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxx 2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü X6, xx xxxxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxx 2016-cı il təvəllüdlü X7 anadan olmuşlar. xx xxxxx 2005-ci il təvəllüdlü X2, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini İddiaçı məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiatələbiqisməntəmin edilərək,Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdənhər ay hər uşaq üçün 170(bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170(bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yənixx xxxxxxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2005-ci il təvəllüdlü X2, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx xxxxxxxx 2020-ciil tarixdən hesablansın. Qalanhissədəiddiatəminolunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3598/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3598/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver