Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3605/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı, onun vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2015 ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və bu barədə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat İdarəsindən 282391 saylı xx.xx.2016 il tarixli boşanma barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2003cü il tarixdə Murad adlı oğlu, xx.xx.2007-ci il tarixdə Aişən adlı qızları anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4857/2015 saylı xx.xx.2015 il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 108 manat alimentin tutulması barədə qərar qəbul edilmişdir. Alimentin tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasından beş il müddət keçmişdir və bu müddət ərzində uşaqlar böyümüş, onların tələbatları artmışdır. Bundan başqa cavabdeh məhkəmə tərəfindən müəyyən olunmuş alimenti ödəmir. Hesab edir ki, cavabdeh hər ay kifayət qədər pul qazanır və onun qazancı imkan verir ki, ondan hər ay bir uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilsin. Qızı Aişə və oğlu Murad anadangəlmə epilepsiya xəstəsidir. Bundan başqa qızı Aişənin başında sol pontoserebellar bucaq epidermoid kistası vardır ki, bunların müalicəsi və qayğısı üçün hər ay kifayət qədər pul tələb olunur. Hesab edir ki, cavabdeh hər bir uşağın müalicə və digər qayğıları üçün alimentdən əlavə hər ay 150 manat məbləğində pul ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi cavabdehdən iki uşağın saxlanması üçün hər uşağa görə hər ay 200 manat məbləğində sabit pulun aliment kimi, hər bir uşaq üçün hər ay 150 manat əlavə xərclər üçün pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-İİİ seriyalı 162183 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 454877 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 282391 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikahın pozulması xx.xx.2016-cı il tarixdə 305 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4857/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə Qurbanova (Əzizova) Nüranə Əmirxan qızı arasında fevral 2004-cü ildə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 128 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx xxxxxxxx 2007-ci ildə anadan olmuş X7 və xx xxxxxxx 2003-cü ildə anadan olmuş X8 cavabdeh Qurbanova (Əzizova) Nüranə Əmirxan qızının yanında saxlanılması, iddiaçı Cavabdeh xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, sentyabr 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxxx 2003-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılın üçün hər ay hər bir uşağa 108 (bir yüz səkkiz) manat, cəmi 216 (iki yüz on altı) manat pul məbləğində aliment alınaraq cavabdeh Qurbanova (Əzizova) Nüranə Əmirxan qız ödənilməsi, iddiaçı Cavabdeh 10 manat dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tibbi müayinə aktlarından görünür ki, X1 körpü beyincik bucağının həcmli törəməsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən “xxxx” MMC-nin “GHC” filialında çalışır, hal-hazırda Xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentin Xüsusi texnika və nəqliyyatın istismarı xidmətinin Sərnişin hava gəmiləri üzrə xüsusi texnika və nəqliyyatın istismarı sahəsinin xüsusi maşın sürücüsü vəzifəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilməlidir. İddiaçının digər tələbi hər bir uşaq üçün hər ay 150 manat əlavə xərclərin cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X6 əlavə xərcləri üçün hər ay 50 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilsin və əlavə xərclər üçün hər ay 50 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3605/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3605/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver