Məhkəmə qərarları › İş №2(005)-3619/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3619/2020

22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3619/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı Yusif qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Yusif qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ə, Azərbavcan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinə, Nərimanov Bələdiyyəsinə, Cavabdeh6-yə qarşı “sərəncamın və çıxarışın, ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Yusif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 başçısının xx.xx.2009-cu il tarixli, 09 saylı “Nazim Hacıyev küçəsi, 13A saylı fərdi yaşayış evinin Cavabdeh1 onun adına sənədləşdirilməsi haqqında” Sərəncamının, Nərimanov Bələdiyyəsinin xx xxxxxx 2008-ci il tarixli, 02 saylı qərarının və Torpaqların alqı-satqısına dair Aktının, Cavabdeh1 adına verilmiş ünvan 1 saylı sahə ünvanına dair xx.xx.2011-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh6-yə aid ünvan 1 saylı sahə ünvanına xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ№0067572 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yusif qızının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2020-ci il tarixli məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il Qərarının 12-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-nin 170 və 259.0.11-ci maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yusif qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ə, Azərbavcan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinə, Nərimanov Bələdiyyəsinə, Cavabdeh6-yə qarşı “sərəncamın və çıxarışın, ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver