Məhkəmə qərarları › İş №2(005)-3650/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3650/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3650/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “borcun ödənilməsi” barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 956.20 (doqquz yüz əlli altı manat 20 qəpik) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 986,20 (doqquz yüz səksən altı manat 20 qəpik) manat borcun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehdən ümumilikdə tələb etdiyi məhz 956.20 (doqquz yüz əlli altı manat 20 qəpik) manat məbləğində borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalı, o cümlədən bu məbləğdə borcun tənasübsüz surətdə yüksək olub-olmadığı müəyyən edilməlidir. Digər tərəfdən ərizəyə xx.xx.2016-cı il tarixli, 3907-11-16 saylı müqavilə üzrə aparılmış ödənişləri əks etdirən Cavabdeh müvafiq hesabından çıxarış, fotoşəkillər, sənədlər əlavə edilməmişdir. Bu da öz növbəsində ən azı tələb edilən əsas borcun real olub-olmadığını müəyyən etməyi qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən tələbin əsaslığını təsdiq edən sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3-cü, 284-4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar