Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3672/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 MMC, ”Bakı Hərrac Mərkəzi” MMC-nə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə İcra Baş İdarəsi, Maraqlı şəxs2 cəlb edilməklə qiymətləndirmə hesabatının ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, ”BAKİ HƏRRAC MƏRKƏZİ” MMC-nə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə İcra Baş İdarəsi, Maraqlı şəxs2 cəlb edilməklə əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 27.10.2021ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında razılıq əldə olunduğundan İddiaçı Cavabdeh1 MMC və qeyrilərinə qarşı Cavabdeh1 MMC tərəfindən İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,2774 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 945.5 kv.m tikili sahəsi olan (hotel) qeyri yaşayış sahəsinin qiymətləndirilməsinə dair olan 05.03.2021-ci il tarixli, 82 saylı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat»ın ləğv edilməsi tələbinə dair iddia ərizəsini baxılmamış saxlanılması, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri iddiaçıya geri qaytarılması, məhkəmənin 14.07.2021-ci il tarixli 2(005)-3672/2021 saylı qərardadı ilə iddianın təmini tədbiri kimi İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,2774 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 945.5 kv.m tikili sahəsi olan (hotel) qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin müraciətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsində məhkəmə qərardadı ilə qoyulmuş həbsin götürülməsini də xahiş etmişdir. Belə ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(005)-3672/2021 saylı qərardad ilə iddianın təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi qismən təmin edilmiş, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,2774 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 945.5 kv.m tikili sahəsi olan (hotel) qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı Qərarının 15-ci bəndində Plenum tövsiyyə etmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əmlakın üzərində həbsin saxlanılması zərurəti aradan qalxdığına görə həmin tədbirlər ləğv edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 MMC, ”Bakı Hərrac Mərkəzi” MMC-nə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə İcra Baş İdarəsi, Maraqlı şəxs2 cəlb edilməklə qiymətləndirmə hesabatının ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(005)- 3672/2021 saylı qərardadı ilə İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,2774 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 945.5 kv.m tikili sahəsi olan (hotel) qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3672/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3672/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver