Məhkəmə qərarları › İş №2(005)-3676/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3676/2020

07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3676/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati cərimənin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli qərarının (bildiriş № 9533/2020-15-20-i) ləğv edilməsi və Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli cəriməsinin əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. İddia ərizəsindən görünür ki, Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən başlanılmış icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi tələb olunur. Hesab edirəm ki, qeyd olunan tələbə iddia icraatı qaydasında baxılması mümkün deyil. Hazırki mübahisəli məsələ Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Əgər buna əsas yaranırsa, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətinin (qəbul etdiyi qərarın) yaxud hərəkətsizliyinin qanuniliyi məhkəmədə mübahisələndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu baxımdan iddiaçıya izah edilir ki, o, icra məmurunun icra sənədi üzrə həyata keçirdiyi məcburi icra tədbirlərinin görülməsi zamanı hüquqlarının pozulduğunu zənn edərsə, müvafiq icra və probasiya şöbəsinə müraciət etməli, razı qalmadığı təqdirdə isə məhkəmədə icra məmurunun hərəkət yaxud hərəkətsizliyini mübahisələndirməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sabunçu RPİ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli İddiaçı cərimə edilməsi haqqında qərarının əsassızlığı ilə bağlı tələb mülki mühakimə üzrə iddia icraatının predmeti ola bilməz, həmin məsələyə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalıdır. (müvafiq qərardan verilmiş şikayət qaydasında 3 indeksi ilə) Şərh olanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı İddiaçı Cavabdehnə qarşı “epidemiya əleyhinə karantin rejiminin qaydalarının pozulması ilə əlaqəli cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar