Məhkəmə qərarları › İş №2(005)-3776/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3776/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3776/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası XX.XX.1933-cü il təvəllüdlü X5 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, babası X6 1933-cü ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuşdur. O, xx xxxx 2020-ci il tarixində Bakı şəhərində oğlunun evində vəfat etmişdir. Hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz 'X10 1 saylı Bölməsinin həkimi gəlmiş və onun ölümünü qeydə almışdır. Tibbi ekspertizadan rəy alınmadan babam X6 müsəlman adətləri ilə xx.xx.2020 tarixdə Sulu-Təpə qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra babasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, ona bildirildi ki, onun ölümünü təsdiq edən müvafiq formada tibbi arayış olmadığına görə şəhadətnamənin verilməsi mümkünsüz olmuş, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi məsləhət görüldü. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Təcili və X8 Stansiyasının 1 nömrəli Bölməsinin xx xxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxxx 2020-ci il saat 10:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Abışov küçəsi, ev 16 nömrəli mənzil 11-ə X5 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; İşdə olan Xocahəsən Bələdiyyəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə veriləm məlumatdan görünür ki, X6 həqiqətən xx xxxx 2020-ci il tarixdə Sulu-Təpə qəbiristanlığında dəfn edilmişdir; Agdam RPŞ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE seriyalı 04807983 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XX.XX.1933cü il təvəllüdlü Agdam ray.Mərzili kəndində anadan olan X1 ray.Mərzili kəndində qeydiyyatda olmuşdur; İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası Şirinova Əntiqə Köçəri qızı qeyd olunmuşdur. Asan 1 xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, [1] saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi babanız X5 ölümünün qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iclasında ifadə verən şahid X15 oglu bildirmişdir ki, o, ərizəçinin əmisidir. Onun X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Sulu-Təpə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X5 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1933-cü il təvəllüdlü X5 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar