Məhkəmə qərarları › İş №2(005)-3799/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3799/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3799/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi nümayəndəsi Göyüşova Ülviyyə Murtuzəli qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum X3 xx.xx.2020-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X5 ərizəçinin anasıdır. O, 1937-ci ildə Qazax rayonu, Daş Salahlı kəndində anadan olmuşdur. xx.xx.2020-ci il tarixində Əhmədova Sonanın vəziyyəti ağırlaşdığından Təcili Tibbi yardıma müraciət etmişlər. Həmin gün tibbi yardım briqadası ərizəçinin ansına tibbi yardım etmişdir. Ərizəçinin anası 2 gün sonra, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Əhmədova Sona xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Hövsan qəbristanlığında dəfin edilmişdir. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Bakı şəhəri, Maraqlı şəxsndən ərizəçiyə rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüququ əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Ərizəçi bu səbəbdən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Göyüşova Ülviyyə Murtuzəli qızı ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Göyüşlü Elvin Elşən oğlu ifadəsində bildirmişdir ki, mərhum X5 onun nənəsidir. Onlar ayrı-ayrı mənzillərdə yaşayırdılar. Nənəsi səhərə yaxın vəfat etmişdir. O, hər gün nənəsini görürdü. Yaddaşı zəif, təzyiqi yüksək idi. Hüzr mərasimi pandemiya səbəbindən keçirilməmişdir. Mərhum hövsan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X1 ifadəsində bildirmişdir ki, mərhum X5 qızının qaynanası onun isə qudasıdır. Sona Əhmədova avqustun 8 də vəfat etmişdir. Mərhum Hövsan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Göyüşova Akifə Yusif qızı ifadəsində bildirmişdir ki, X5 avqustun 8 də vəfat etmişdir. Mərhum Hövsan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan 1 tərəfindən verilmiş xx.xx.2037-ci il tarixli AZE seriyalı № 15474881 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XX.XX.1937-ci ildə Qazax rayonunda anadan olmuş X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş X3 övladıdır. İş materiallarında olan Nərimanov rayon 20 saylı Mənzil-Komunal İstismarı sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 20/732 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev.49Q,mənzil 36 da pasport qeydiyyatındadır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, əriəzçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Suraxanı rayon Zığ bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 187 nömrəli arayışdan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixində Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Göyüşov Piri Yusif oğluna 127 saylı xx.xx.2020-ci il tarixli Məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:39-da X5 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, XX.XX.1937-ci ildə Qazax rayonunda anadan olmuş X5 xx.xx.2020-ci ildə vəfat etmiş və xx.xx.2020-ci ildə Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən XX.XX.1937-ci il təvəllüdlü, Qazax rayonunda anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1937-ci il təvəllüdlü X3 ( şəxsiyyət vəsiqəsi nömrəsi: AZE 15474881) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar