Məhkəmə qərarları › İş №2(005)-3829/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3829/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3829/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X11, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi, eyni zamanda üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh ünvan qarşı (X8 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) "miras payından imtina edilməsi və ərizənin ləğv edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.05.2021-ci ildə ölmüş anası X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edilməsi barədə onun tərəfindən cavabdehdə verilmiş 10.07.2021-ci il tarixli **********028 saylı ərizənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 06.05.2006-cı il tarixdə dünyasını dəyişmişdir. Bu fakt ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. X1 29.05.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Bu fakt ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Belə ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 25-ci məhəllə, ev 122 yaşayış sahəsi 41,8 kv.m köməkçi sahəsi 18,5 kv.m olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə anasına məxsus olmuşdur. Bu fakt ARDT və AK BDTİ mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadarstı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə öz təsdiqini tapır. Anasının vəfatından sonra qardaşı Ariz Allahverdiyev cavabdehə 10.07.2021-ci il tarixdə ərizə ilə müraciət edərək anasına məxsus olan daşınar və daşınmaz əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Belə ki, 29.05.2021-ci ildə ölmüş X1ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edilməsi barədə cavabdehdə tərəfindən ona verilmiş nümunəvi forması olan 10.07.2021-ci il tarixli **********028 saylı ərizə vermişdir. İlkin olaraq onun tərəfindən verilmiş 10.07.2021-ci il tarixdə **********028 saylı ərizənin mahiyyətini anlamamışdır. Daha sonra ərizə ilə ətraflı tanış olduqda sonra ona anasından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qardaşının xeyrinə imtina etdiyi məlum olmuşdur. İddiaçı isə bunu qəbul etmir və heç vaxt belə bir niyyəti olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə olan halda iddiaçı dərhal 12.07.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, tərəfindən verilmiş 10.07.2021-ci il tarixli ərizənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək istədiyini və bunu nəzərə alaraq vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X12 yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, heç bir etirazının və tələbinin olmadığını bildirmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 10.07.2021-ci il tarixli, **********028 nömrəli ərizənin surətində “29.05.2021-ci ildə anam X2 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın mənə çatası hissəsindən imtina edirəm” qeyd olunmuşdur; X8 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətində “29.05.2021-ci ildə anam X2 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın mənə çatası hissəsindən imtina edirəm” qeyd olunmuşdur; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 16.06.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 160299 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 29.05.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.06.2021-ci il tarixdə 1987 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən İ-JQ seriyalı, 422976 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən 22,06,1972-ci il tarixdə Ağstafa rayonunda doğulmuş X7 atası X13, X1dır; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ünvan ünvanlanmış 12.07.2021-ci il tarixli ərizənin surətində “29 may 2021-ci il tarixində vəfat etmiş anam X5 vərəsəlik işi ilə əlaqədar olaraq yazdığı miras əmlakdan imtinaya dair ərizənin ləğvi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək istəyirəm. Bunu nəzərə alaraq, vərəsəlik işinin dayandırılmasını xahiş edirəm” qeyd olunmuşdur; Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi 25-ci məhəllə küçəsində ev № 122 yaşayış sahəsi 41.8 kv.m, köməkçi sahəsi 18,5 kv.m 3 otaqdan ibarət yaşayış evinin hamısı X5 adına 37202 reyestr kitabının 5275 nömrəli inventar işində qeydiyyata alınmışdır; Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 15.02.1972-ci il tarixdə verilmiş AZ seriyalı, 267654 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X13 ilə X19 arasında 15.02.1972-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir; Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ilə X9 birgə nikahından xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, 22.07.1972-ci il təvəllüdlü X20 oğlu və 10.07.1976-cı il təvəllüdlü X8 anadan olmuşdur. X9 29.05.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı imtina barədə verdiyi ərizədə miras əmlakın dairəsini dəqiq bilməmişdir. bu halı X12 da təsdiq etmişdir. Buna görə də, 29.05.2021-ci ildə ölmüş anası X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edilməsi barədə 10.07.2021-ci il tarixli **********028 saylı ərizənin ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 29.05.2021-ci ildə ölmüş anası X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın İddiaçı çatası hissəsindən imtina edilməsi barədə İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Notariat Ofisində verilmiş 10.07.2021ci il tarixli **********028 saylı ərizə ləğv olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar