Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-391/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, İsmayılova Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx xxxxxx 1950-ci ildə Yevlax rayonunda doğulmuş, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan X3nun fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun doğma atasıdır, xx xxxxxx 1950ci ildə Yevlax rayonunda doğulmuşdur. Atası uzun müddət alkoqolizmdən əziyyət çəkir. 2014-2016-cı illər ərzində alkoqolizmdən xəstəxanada stosionar müalicə alıb. Lakin bununla belə onun səhhəti ağırlaşıb, uzun müddətdir yataq xəstəsidir, öz hərəkətlərini idarə edə bilməməklə yanaşı hərəkətlərinin mənasını anlaya bilmir. Bir müddət əvvəl isə atası dayısına bıçaqla xəsarət yetirmişdir. Atası hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixatiriya Xəstəxanası» X8 «Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə stasionar müalicə alır. Bundan əvvəl də o, Respublika Narkoloji Mərkəzində müntəzəm müalicə almışdır. Lakin, bütün müalicələrə baxmayaraq, atasının səhhətində irəliləyiş baş vermir və o, hərəkətlərinin mənasını dərk etmir. Göstərilənlərə əsasən xx xxxxxx 1950-ci ildə Yevlax rayonunda doğulmuş, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan ərizəçinin X3nun fəaliyyət qabiliyyətsiz hesab edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-T seriyalı 090784 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X6r. İş materiallarında olan AZE seriyalı 15788635 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1950-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan X7 xx.xx.2018-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2519 saylı rəyində qeyd olunur ki, X5 müəyyən edilmiş alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları müalicə nəticəsində keçmişdir. X5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu hazırkı müayinə zamanı ünsiyyətə sərbəst daxil olması, suallara mahiyyətinə uyğun cavablar verməsi, onda hər hansı psixopatoloji əlamətlər aşkar edilməməsi, yaddaş və intellekt pozuntularının müəyyən edilməməsi, kifayət həcmdə bilik ehtiyatına malik olması sübut edir. SN Respublika Psixiatriya Xəstəxanasının stasionar xəstənin tibbi kartasında olan qeydlərdə də, X1 dövrlər vəziyyətinin yaxşı olduğunun göstərilməsi, xəstəxananın həkim-məsləhət komissiyasının rəyinə əsasən evə yazıla bildiyinin göstərilməsi, onda qeyd olunmuş psixi pozuntuların sağalma ilə nəticələnməsini təsdiq edir. X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X5 əvvəllər qeyd olunmuş “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntulan” SN Respublika Psixiatriya Xəstəxanasında aparılmış müalicə prosesində sağalma ilə nəticələnmişdir. X7 hal-hazırda öz hərəkətlərinin etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutlara, məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-391/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-391/2021
03.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver