Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4066/2020 22.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə satış müqaviləsi üzrə ödənilməmiş əsas və ona hesablanmış cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “nisyə satış müqaviləsi üzrə ödənilməmiş əsas və ona hesablanmış cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********29614 olan “Samsung Galaxy A8” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat məbləğində ödənilməmiş hissə və 167 (bir yüz altmış yeddi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 725 (yeddi yüz iyirmi beş) manat, İMEİ kodu **********50284 olan “Samsung Galaxy S10+ DUAL” markalı telefon üçün 1.668 (bir min altı yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş hissə və 525 (beş yüz iyrimi beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2.193 (iki min bir yüz doxsan üç) manat, ümumilikdə 2.918 (iki min doqquz yüz on səkkiz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.948 (iki min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə, iddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinin qaytarılmasına dair müraciətini və Cavabdeh mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə satış müqaviləsi üzrə ödənilməmiş əsas və ona hesablanmış cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4066/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4066/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver