Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4067/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.10.3017-ci il tarixli, 2(008)- 9175/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh 20 iyul 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 175 manat tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(008)-9175/2017 saylı qətnaməsi ilə 14 avqust 2017-ci il tarixdən başlayaraq 20 iyul 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (X3 nənəsi) X4 xeyrinə hər ay 66 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 19.02.2018-ci il tarixdə X3 anası X6 vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 27.08.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə idiaçı İddiaçı X3 qəyyumu təyin edilmişdir. İddiaçı bildirir ki, sözügedən sərəncamla təyin olunmuş 66 manat aliment məbləği olduqca azdır və X3 minimum ehtiyaclarını belə ödəmir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat müəyyən olunmuşdur. Buna görə də hesab edir ki, bu xüsus və uşağın mənafeyi nəzərə alınaraq aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki yaşlı və təqaüdçüdür, aşağı məbləğdə pensiya alır, qızı onkoloji xəstədir, işləmir. Aldığı 277 manat təqaüdün 66 manatı alimentə tutulur, qalan məbləg onun dərmanına, yeməyinə demek olar ki çatmır. Oglu isə Rusıyaya gedib və ona dolanmaq üçün bir manat olsun göndərmir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymən verib hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.10.2017-ci il tarixli, 2(008)-9175/2017 saylı qətnaməsindən görünür ki, 14 avqust 2017-ci il tarixdən başlayaraq 20 iyul 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X4 xeyrinə hər ay 66 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 27.08.2018-ci il tarixli, 356 nömrəli sərəncamından görünür ki, İddiaçı 20.07.2004-cü il təvəllüdlü X3 üzrərində qəyyum təyin edilmişdir; Sabunçu rayon qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsinin 23 fevral 2018-ci il tarixli, AZ-İ № 882672 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19.02.2018-ci il tarixdə vəfat etmiş; bu barədə akt qeydləri kitabında 23.02.2018-ci il tarixdə 6 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir; 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 20 iyul 2004-cü il təvəllüdlü İddiaçı X3 qəyyumudur. Sonuncunun yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh hər ay 66 manat sabit pul məbləğində aliment ödəyir. Eyni zamanda iş materiallarından və cavabdehin izahatından görünür ki, xx.xx.1939-cu il təvəllüdlü Cavabdeh yaşa görə 277 manat məbləğində təqaüd alır. Bundan əlavə cavabdehin qızı onkoloji xəstəlikdən əziyyət çəkir, cavabdeh eyni zamanda qızının da övladlarına yardım edir. Hal-hazırda, X1 üçün 66 manatdan artıq məbləğdə aliment ödəməyə zəruri vəsaiti yoxdur. Ona görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4067/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4067/2021
16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver