Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4091/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 11 mart 1993-cü ildə Bakı şəhərində ölməsi faktının, X5 06 iyul 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X9 06 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin nənəsi X15 11 mart 1993-cü il tarixdə vəfat etmişdir. Hər ikisi Şamaxı şəhər qəbiristanlığında dəfn edilmişdir. Onların ölümü qeydə alınmamışdır. Ölümün qeyd edilmə faktının müəyyən edilməsi vərəsəliyin həll edilməsi üçün tələb olunur. X15 və X9 ölənə qədər Ağdam rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanda yaşamışlar. Ölüm faktlarının qeydə alınması üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 13 iyul 2021-ci il tarixli 151 və 152 saylı məktubları ilə onların ölümünün qeydə alınmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. ünvan 4l 2021-ci il tarixli 20/592 saylı 014102 nömrəli arayışından görünür ki, X15 ölüm tarixinə kimi, yəni 11.03.1993-cü il tarixə kimi Ağdam rayonundan məcburi köçkün kimi ünvan 3 ünvanında pasport qeydiyyatında olmuşdur. ünvan 4l 2021-ci il tarixli 20/593 saylı 014101 nömrəli arayışından görünür ki, X9 ölüm tarixinə kimi, yəni 06.07.2006-cı il tarixə kimi Ağdam rayonundan məcburi köçkün kimi ünvan 5 ünvanında pasport qeydiyyatında olmuşdur. Bundan əlavə X7 qəbirüstü daşındakı yazıdan məlum olur ki, 03 mart 1893-cü il təvəllüdlü X15 1 1.03.1993-cü il tarixdə ölmüşdür. Bundan əlavə X5 qəbirüstü daşındakı yazıdan məlum olur ki, 16 avqust 1925-ci il təvəllüdlü X9 06.07.2006-cı il tarixdə ölmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmədən X7 11 mart 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının və X5 06 iyul 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi 20 sentyabr 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X7 11 mart 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının və X5 06 iyul 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi; X5 X7 qızı olması və X7 Ərizəçi nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi 14.09.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirmişdir ki, mənzil-kommunal istismar sahəsinin işçisi olub, ailəni yaxşı tanıyır. Ərizəçi anası X5 dəfn mərasimində iştirak edib. Ərizəçinin anası və nənəsi X3 şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində bildirmişdir ki, ərizəçinin həm qonşusu, həm də qohumuyam. Ərizəçinin anası və nənəsi Şamaxı şəhər qəbiristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində qeyd etmişdir ki, ərizəçinin böyük qızıdır. Ərizəçinin anası, yəni şahidin nənəsi X9 06 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin nənəsi X15 11 mart 1993-cü il tarixdə vəfat etmişdir. Hər ikisi Şamaxı şəhər qəbiristanlığında dəfn edilmişdir. Onların ölümü qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə təqdim edilmiş, 13 iyul 2021-ci il tarixli, 152 №-li məktubun surətindən görünür ki, Nərimanov rayon Qeydiyyat şöbəsi ərizəçinin anası – X5 ölümünün qeydiyyata alınması barədə 10.07.2021-ci il yarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaq qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsinin mümkün olmaması bildirilmiş və ona məhkəmə müraciət etmək tövsiyyə olunmuşdur. 20 saylı MKİS tərəfindən təqdim edilmiş, 09.07.2021-ci il tarixli, 20/593 saylı arayışdan görünür ki, X15, həqiqətən də F.Yusifov küçəsi ev 43 mənzil 15 ünvanda pasport qeydiyyatında olmuşdur. 11 mart 1993-cü ildə vəfat etmişdir; 20 saylı MKİS tərəfindən təqdim edilmiş, 09.07.2021-ci il tarixli, 20/592 saylı arayışdan görünür ki, X9, həqiqətən də F.Yusifov küçəsi ev 43 mənzil 15 ünvanda pasport qeydiyyatında olmuşdur. 06 iyul 2006-cı ildə vəfat etmişdir; İş materiallarında olan Ərizəçi AZE seriyalı,0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1942-ci il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Bakı şəhəri, F.Yusifov küçəsi, ev43, m.15-də qeydiyyatdadır; İş materiallarında olan AA seriyalı, 097381 №-li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə doğulmuşdur, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında xx xxxxxx 1942-ci il tarixdə qeyd edilmişdir. X4, anası X6r; İş materiallarında olan XİV-ЖГ seriyalı, №713548 saylı SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, X16 1893-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur; Azərbaycan Respublikası Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 22.09.2021-ci il tarixli, 35 №-li arayışından görünür ki, həqiqətən X15 11.03.1993-cü il tarixdə, X9 06.07.2006-cı il tarixdə vəfat edən zaman Şamaxı rayonunun Əngərəxan kənd qəbirsanlığında dəfn olunmuşdurlar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X7 11 mart 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktını və X5 06 iyul 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X7 və X5 vəfat etməsi faktı müəyyən olunmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə həmçinin hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin bəzi hüquqi və sosial problemlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi şəxslər barəsinə akt qeydinin arxivdə mövcud olmaması səbəbindən imtina etməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 Zəhra Qulu qızının qızıdır; X2 Qətibə Bəhmən qızının nənəsidir. Məhkəmə hesab edir ki, X7 11 mart 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı və X5 06 iyul 2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktı; X5 X7 qızı olması; X7 Ərizəçi nənəsi olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1893-cü il təvəllüdlü X7 11 mart 1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. 16.08.1925-ci il təvəllüdlü Haqverdiyeva (Rüstəmbəyova) Rəfiqə Şükür qızının 06 iyul 2006cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyən edilsin. 16.08.1925-ci il təvəllüdlü Haqverdiyeva (Rüstəmbəyova) Rəfiqə Şükür qızının X7 qızı olması faktı və 1893-cü il təvəllüdlü X7 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4091/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4091/2021
27.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver