Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4113/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon üçün 344 manat məbləğində ödənilməmiş hissə və 31 (otuz bir) manat məbləğində cərimə borcu olmaqla, cəmi 344 (üç yüz qırx dörd) manat, həmçinin 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 364 (üç yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx xxxxxxxx 2019-cu il tarixli 00888483 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon almış və nəticədə 344 (üç yüz qırx dörd) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 00888483 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və nəticədə müvafiq müqaviləyə əsasən alqı-satqı qiyməti 611 (altı yüz on bir) manat (10 (on) ay x 61 (altmış bir) manat + 1 (bir) manat ilkin ödəniş) İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon üçün 344 (üç yüz qırx dörd) manat məbləğində olmaqla, ondan 313 (üç yüz on üç) manat məbləğində ödənilməmiş hissə və 31 (otuz bir) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 298 (iki yüz doxsan səkkiz) manat məbləğində təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə kiçik iddia ərizəsinə dəqiqləşmə verərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon üçün 313 manat məbləğində ödənilməmiş hissə və 31 (otuz bir) manat məbləğində cərimə borcu olmaqla, cəmi 344 (üç yüz qırx dörd) manat, həmçinin 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 364 (üç yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxxxx 2019-cu il tarixli 00888483 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon almış və nəticədə 344 (üç yüz qırx dörd) manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 00888483 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və nəticədə müvafiq müqaviləyə əsasən alqı-satqı qiyməti 611 (altı yüz on bir) manat (10 (on) ay x 61 (altmış bir) manat + 1 (bir) manat ilkin ödəniş) İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon üçün 344 (üç yüz qırx dörd) manat məbləğində olmaqla, ondan 313 (üç yüz on üç) manat məbləğində ödənilməmiş hissə və 31 (otuz bir) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 298 (iki yüz doxsan səkkiz) manat məbləğində təşkil etmişdir; xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon almış və nəticədə 344 (üç yüz qırx dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 00888483 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********67088 olan “X1 7” markalı telefon üçün 313 (üç yüz on üç) manat məbləğində ödənilməmiş hissə və 31 (otuz bir) manat məbləğində cərimə borcu, cəmi 344 (üç yüz qırx dörd) manat, həmçinin 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova İş № 2(005)-4113/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılır. Məhkəmə iclası saat 09:00-da başlanır. Sədrlik edən mülki işin sənədlərini elan edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-cü maddəsinə əsasən, sədrlik edən müvafiq qətnaməni qəbul etmək üçün məhkəmənin müşavirə otağına gedir. Məhkəmə iclası 09:15-də bağlı elan edilir. Məhkəmə iclasının protokolu xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №2(005)-4113/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4113/2020
07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver