Məhkəmə qərarları › İş №2(005)-4149/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4149/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4149/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hoffmann” soyuducu üçün 516 (beş yüz on altı) manat məblləğində ödənilməmiş hissə və 52 (əlli iki) manat məbləğində cərimə olmaqla, cəmi 568 (beş yüz altmış səkkiz) manat; İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon, “X4 Redmi 7 Black” üçün 672 (altı yüz yetmiş iki) manat məbləğində ödənilməmiş hissə və 67 (altmış yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 739 (yeddi yüz otuz doqquz) manat; “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black” və “X1 Black” üçün 304 (üç yüz dörd) manat məbləğində ödənilməmiş hissə və 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 334 (üç yüz otuz dörd) manat, ümumilikdə isə 1.641 (bir min altı yüz qırx bir) manat məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.671 (bir min altı yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxxxx 2019cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrinə əsasən, “Hoffmann” soyuducu , İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon , “X4 Redmi 7 Black “, “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black” və “X1 Black” almış, nəticədə 1.641 (bir min altı yüz qırx bir) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (24 ay x 28 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” soyuducu üçün 568 (beş yüz altmış səkkiz) manat məbləğində olmaqla, ondan 516 (beş yüz on altı) manat məbləğində ödənilməmiş hissə və 52 (əlli iki) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon, “X4 Redmi 7 Black” üçün 739 (yeddi yüz otuz doqquz) manat məbləğində olmaqla, ondan 672 (altı yüz yetmiş iki) manat məbləğində ödənilməmiş hissə və 67 (altmış yeddi) manat məbləğində cərimə; xx xxxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black”, “X1 Black” üçün 334 (üç yüz otuz dörd) manat məbləğində olmaqla, ondan 304 (üç yüz dörd) manat məbləğində ödənilməmiş hissə və 30 (otuz) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 278 (iki yüz yemiş səkkiz) manat məbləğində təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kiçik iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh ilə “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrinin məzmunundan görünür ki, Cavabdeh “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən “Hoffmann” soyuducu , İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon , “X4 Redmi 7 Black “, “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black” və “X1 Black” almışdır. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (24 ay x 28 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” soyuducu üçün 568 (beş yüz altmış səkkiz) manat məbləğində olmaqla, ondan 516 (beş yüz on altı) manat məbləğində ödənilməmiş hissə və 52 (əlli iki) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon, “X4 Redmi 7 Black” üçün 739 (yeddi yüz otuz doqquz) manat məbləğində olmaqla, ondan 672 (altı yüz yetmiş iki) manat məbləğində ödənilməmiş hissə və 67 (altmış yeddi) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black”, “X1 Black” üçün 334 (üç yüz otuz dörd) manat məbləğində olmaqla, ondan 304 (üç yüz dörd) manat məbləğində ödənilməmiş hissə olaraq, nəticədə 1.641 (bir min altı yüz qırx bir) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il bildirişdən görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrinə əsasən, “Hoffmann” soyuducu , İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon , “X4 Redmi 7 Black “, “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black” və “X1 Black” almış, nəticədə 1.641 (bir min altı yüz qırx bir) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Hoffmann” soyuducu üçün 516 (beş yüz on altı) manat məblləğində ödənilməmiş hissə və 52 (əlli iki) manat məbləğində cərimə olmaqla, cəmi 568 (beş yüz altmış səkkiz) manat; İMEİ kodu **********08030 olan “X3 7” markalı telefon, “X4 Redmi 7 Black” üçün 672 (altı yüz yetmiş iki) manat məbləğində ödənilməmiş hissə və 67 (altmış yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 739 (yeddi yüz otuz doqquz) manat; “HOFFMANN” musiqi mərkəzi, “X2 Redmi Note 7 Black” və “X1 Black” üçün 304 (üç yüz dörd) manat məbləğində ödənilməmiş hissə və 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 334 (üç yüz otuz dörd) manat, ümumilikdə isə 1.641 (bir min altı yüz qırx bir) manat məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar