Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-42/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh-nin nümayəndəsi X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx”ın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh-ə qarşı (“xxxx” KB ASC, “xxxx” ASC, “X13 Azərbaycan” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əlb edilməklə) “əmlakın qiymətləndirməsi barədə hesabatın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “əmlakın qiymətləndirməsi barədə hesabatın nəticələrinin ləğv olunması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Sabir küçəsi, 0.955 ha torpaq sahəsi və Şəmkir şəhəri, Sabir küçəsi, 0.0505 ha torpaq sahəsinə dair Cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 133 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsi, 0,0955 ha torpaq sahəsinin ilkin qiyməti 45000 (qırx beş min) manat və 132 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsi, 0,0505 ha torpaq sahəsinin ilkin qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin real qiyməti qiymətləndirmə dövründə və hal-hazırda dəfələrlə çox olmuşdur. Belə ki, fərdi qaydada fəaliyyət göstərən vəkil-X5 135 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqları Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystridən alınmış seriya Vİİİ, № ******* nömrəli çıxarışla 0,0955 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqları Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrınan alınmış seriya MH № ******* nömrəli çıxarışla 0,0505 ha torpaq sahələrinin hazırki bazar qiymətinin İ sot dəyəri 25000-30000 (iyirmi beş min- otuz min ) manat olmaqla ümumilikdə 375000-450000 (üç yüz yetmiş beş min- dörd yüz əlli min) manat arasında dəyişmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhəmməd oğlu iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” KB ASC-yə və “X13 Azərbaycan” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsinin izahatını və çıxışını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ”Cavabdeh” MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, 158 nömrəli məktubun surətindən görünür ki, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 133 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0,0955 ha torpaq sahəsi ”Cavabdeh” MMC tərəfindən 45000 (qırx beş min) manata, 132 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsi, 0,0505 ha torpaq sahəsi 25000 (iyirmi beş min) manat dəyərləndirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0955 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “X9” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli ƏEM/S-36-840/19 saylı rəyindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı məxsus 0.0955 ha torpaq sahəsinin xx xxxxxxxx 2019-cu il tarixə bazar dəyəri 57300 manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 0.0505 ha torpaq sahəsinin hazırki bazar dəyəri 30300 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç-259 saylı rəyindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2798/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadına əsasən əmlakların hazırki real bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilib. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdırıcı şərtlər və ehtimallar çəriçivosində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftişi, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamaların aparılması, əmlakların hazırki real bazar qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 152 000 (bir yüz əlli iki min) manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 70 000 (yetmiş min) manat təşkil edir. İşin materiallarında olan ”Cavabdeh” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli № 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0955 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 45000 manat təşkil edir. İşin materiallarında olan ”Cavabdeh” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli № 96 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0505 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 25000 manat təşkil edir. İş materiallarında olan Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 08/İ-212/2 nömrəli məktubun surətindən görünür ki, Ədliyyə Nazirliyinin İcra baş idarəsindən Şəmkir regional ədliyyə idarəsinə daxil olmuş məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-6469/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Hafiz Məmməd oğlu crahimovdan cəmi 6298.82 manat pulun tutularaq “X13 Azərbaycan” QSC-yə ödənilməlidir. Bununla əlaqədar Səbail rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı Səbail Rayon Məhkəməsinin 8(009)-252/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən borcluya məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş və icra sənədi borclunun əmlakının olduğu yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Görülmüş tədbirlər nəticəsində məhkəmə qərardadına əsasən üzərinə həbs qoyulmuş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha torpaq sahəsi qiymətləndirici tərəfindən xx.xx.2018ciJLtarixində daxil olmuş rəyə əsasən 25000 manat dəyərində qiymətləndirilmiş və elə həmin tarixdə əmlakın hərrac yolu ilə satışının təmin edilməsi üçün icra məmuru tərəfindən “X2 Mərkəzi” MMC-yə göndərilib hərraca çıxarılsa da əmlak satılmamışdır. Məlumat üçün bildiririk ki, üzərinə həbs qoyulmuş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha torpaq sahəsi üzərində hazırda abidə kimi qorunan 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi yerləşir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-2890/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı cəmi 6481.40 manat pulun tutularaq “xxxx” KB ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Görülmüş tədbirlər nəticəsində məhkəmə qərardadına əsasən üzərinə həbs qoyulmuş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0,00955 ha torpaq sahəsi qiymətləndirici tərəfindən xx.xx.2018-ci il tarixində daxil olmuş rəyə əsasən 45000 manat dəyərində qiymətləndirilmiş və elə həmin tarixdə əmlakın hərrac yolu ilə satışının təmin edilməsi üçün icra məmuru tərəfindən “X1” İMİMC-yə göndərilmişdir. Məlumat üçün bildiririk ki, üzərinə həbs qoyulmuş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.00955 ha torpaq sahəsi üzərində hazırda abidə kimi qorunan yolu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi yerləşir. Hər iki icra sənədi Şəmkir rayon icra və probasiya şöbəsinin nəzarətindədir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli, 2(009)-6469/2016 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “X14 Azərbaycan” QSC-nin xeyrinə 5499 manat 58 qəpik əsas borcu , 225 manat 78 qəpik faiz borcu, 538 manat 96 qəpik cətrimə borcu, 11 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 2 manat 50 qəpik müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin göndərilməsi üçün poçt xərcinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının, cəmi 6298 manat 82 qəpik məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-2890/2017 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 5892,15 manayt əsas,568,97 manat faiz, 0,28 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu “xxxx” KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-2890/2017 nömrəli əmrinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli, 2(009)-6469/2016 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 132 və 133 nömrəli məktubla İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0505 ha torpaq sahəsinin və Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0955 ha torpaq sahəsinin qiymətləndirilməsi sifariş olunmuş və həmin məktub Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən qəbul edilərək, xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0955 ha torpaq sahəsi və İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, 0.0505 ha torpaq sahəsi 45000 manat və 25000 manat dəyərində qiymətləndirilmişdir. Təqdim olunan sənədlərdən məlum olmuşdur ki, mübahisəli torpaq sahələriində hazırda abidə kimi qorunan almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi yerləşir. “X9” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli ƏEM/S-36-840/19 saylı rəyindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı məxsus 0.0955 ha torpaq sahəsinin xx xxxxxxxx 2019-cu il tarixə bazar dəyəri 57300 manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 0.0505 ha torpaq sahəsinin hazırki bazar dəyəri 30300 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç-259 saylı rəyindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 152 000 (bir yüz əlli iki min) manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 70 000 (yetmiş min) manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh həmin əmlakların dəyərini xx xxxx 2018-ci il tarixdə 45000 manat və 25000 manat olması üçün əsas olmuş halları müqayisə etməli və həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmalı və əsaslı, ədalətli rəy verməli olduğu halda, bunları etməmişdir. Əmlakın qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 107 saylı qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları” haqqında xx xxxxxx 2008-ci il tarixli qərarına uyğun olaraq həyata keçirilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli Ç-259 saylı “xxxx” MMC-nin rəyindən görünür ki, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 152 000 (bir yüz əlli iki min) manat; Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 70 000 (yetmiş min) manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli hesabatda iddiaçıya məxsus torpaq sahələri real bazar qiymətindən kifayət qədər aşağı dəyərləndirilmişdir. Məhkəmə “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç-259 saylı rəyini əsas götürərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh-nin xx.xx.2018-ci il tarixli № 96 və № 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəylərinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh-nin xx.xx.2018-ci il tarixli 96 nömrəli və 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəyləri ləğv olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 200 (iki yüz) manat məbləğində pul “xxxx” MMC-nin hesabına, 250 (iki yüz əlli) manat məbləğində pul “X9” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh-nin İddiaçı məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0,0505 ha və 0,0955 ha torpaq sahələrinə dair əmlakın qiymətləndirilməsi barədə xx xxxx 2018-ci il tarixli, 96 nömrəli və 97 nömrəli hesabatları ləğv olunsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdehdən tutulsun VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 X7 hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh-dən tutularaq, VÖEN: **********: Bank: “xxxx” ASC Neftçilər filialı; VÖEN: **********: Müxbir hesab: AZ27NABZ**********0000007944, S.W.İ.F.T BİC: JBBKAZ22 ; H/h: AZ82JBBK**********114293A67 “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-42/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-42/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver