Məhkəmə qərarları › İş №2(005)-4285/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4285/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4285/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Maraqlı şəxs2 cəlb edilməklə) qarşı “söküntünün qeydiyyata alınması və mülkiyyət hüquqlarının xitam edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, X1 və Maraqlı şəxs2 qarşı “söküntünün qeydiyyata alınması və mülkiyyət hüquqlarının xitam edilməsi”nə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ünvan 1 ünvanda “xxxx” MMC tərəfindən həyata keçirilən qeyri qanuni söküntü nəticəsində, vəhşicəsinə məhv edilmiş “A” (111,5 m2) “V” (13,2 M2) və (qeyri-qanuni) tikililərin söküntüsü qeydiyyata alınması, sözügedən tikililərin dövlət reyesterində qeydiyyatının silinməsi və mülkiyyət hüquqlarının xitam edilməsi, Təbriz 34 ünvanında yeganə mövcud olan “B” (118,4 m2) tikilisi təqdim olunan real bölgü sxemi əsasında dövlət reyesterində çıxarışlarla təmin edilməsi, bütün məhkəmə xərcləri və sairə məhkəmə (ekspertiza) xərclərinin ödənişi cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev 34 ünvanlı fərdi yaşayış evi 3 tikililərdən “A” (111,5 m2), “B” (118,4m2) və “V”-(13,2 M2) ibarət olmaqla, 591,49 m2-lik həyətyanı torpaq sahəsi üzərində yerləşmişdir. İddiaçının atası Mövlamov.M.B 1966-cı ildə mülkü satın almış və 1968-ci ildə cavabdeh Hümbətov.M.H atasına mülkdən 38,6 m2 tikili hissəsi bağışlamış, 1972-ci ildə isə 25m2 tikili hissəsini digər cavabdeh Həşimov.X.M anasına satmışdır. Hümbətov və Həşimovların mirasqoyanları vəfat etdikdən sonra, dolayı yollarla əldə etdikləri xx.xx.2004 və xx.xx.2010-cu il tarixli mülkiyyət hüquqlarına dair sənədlərdə tikilidən pay hissələrini 2-3 dəfə artıraraq, saxtalaşdırmışlar. Bu barədə iddiaçı adına aldığı xx.xx.2014-cü il tarixli təbriz küçəsi 34 ünvanlı mülkə dair çıxarışla xəbər tutmuş və noyabr 2015-ci il tarixdən bu günədək cütlüyə və DƏDRX-yə qarşı “payların düzgün bölüşdürlməsi, payın naturada ayrılması və s. iddia tələbləri ilə məhkəmələrdə süründürlməkdədilər. Cütlük adlarına olan saxta qeydiyyat vəsiqəsi və çıxarışdan suiistifadə edərək xx.xx.2019-cu il tarixdə “xxxx” adlı MMC ilə Konsitusiyaya və Mülki Məcəllənin tələblərinə zidd olaraq razılaşma sazişləri imzalamış və pay hissə rəqəmlərini MMC-yə verib ünvanı tərk etmişlər. MMC həmin saziş əsasında məhkəmənin 4300 saylı, xx.xx.2019-cu il tarixli qərardadının tələbini qəsdən pozaraq, 2019-cu ilin sentyabr ayının 18-dən 19-a keçən gecə Təbriz küçəsi 34 ünvanına vəhşi ermənicə soxulmuş, “A” (111,5) “V” (13,2m2) və sair (50 m2dən) tikililərdən ibarət 200 m2-dək tikili sahəsini qəsdən məhv etmişlər. Hal-hazırda Təbriz 34 ünvanında cəmi bir tikili ümumi sahəsi 118,4 m2 olan, 4 yataq otaqlı (54,9m2) “B” tikilisi (RİH-nin 57 nömrəli xx.xx.2016-cı il taraixli sərəncamında “mənzil 4” olaraq qeyd olunub) salamat qalmış və iddiaçının1974-cü ildən faktiki istifadədir. Nərimanov RİH-nin 57 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı ilə tikili iddiaçının mülkiyyətində olaraq tanınmışdır. “B” tikilisi Nərimanov RİH-nin xx.xx.1998-ci il tarixli 842 nömrəli sərəncamı ilə qanuniləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə Təbriz küçəsi 34 ünvanında aparılan sökünütünün dövlət reyesterində qeydə alınması, “A” və “V” tikililərinin qeydiyyatlarının silinməsi və cütlüyün Təbriz küçəsi 34 ünvanlı paylı mülkiyyətə dair mülkiyyət hüquqlarının xitam edilməsi, “B” (118,4 m2) tikilisinə aid ondan istifadə hüquqlarının təmin edəcək həyətyanı torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi sərhədlərinin müəyyənləşdirilərək “ayırıcı aktının təqdim edilməsi, “xxxx” MMC tərəfindən qanunsuz olaraq “B” (118,4 m2) tikilisinə aid həyətyanı torpaq sahəsinin ünvnada inşa etdiyi bina ilə zəbt etdiyi hissəsinin ölçülərinin müəyyən edilməsinə dair yazılı müraciətlərin sonuncu xx.xx.2020-ci il tarixli, **********16 nömrəli imtina məktubu ilə cavablandırlmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də inzibati orqan kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “söküntünün qeydiyyata alınması və mülkiyyət hüquqlarının xitam edilməsi” xahiş edir. Beləliklə, məhkəmə müvafiq iddia tələbinə qeyd olunan prosessual qanunvericilik normalarının tətbiqi nəticəsində belə qənaətə gəlir ki, hazırki iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar olduğundan və qeyd olunan kateqoriyaya dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan göstərilən tələbə ümumi məhkəmədə baxılması mümkün deyildir. Yuxarıda göstərilən səbəbdən hesab edirəm ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə Cavabdeh2, Cavabdeh3, X1 və Maraqlı şəxs2 qarşı “söküntünün qeydiyyata alınması və mülkiyyət hüquqlarının xitam edilməsi” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Maraqlı şəxs2 cəlb edilməklə) qarşı “söküntünün qeydiyyata alınması və mülkiyyət hüquqlarının xitam edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar