Məhkəmə qərarları › İş №2(005)-4302/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4302/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4302/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisi) “buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi (indiki Novruzov Qardaşları) 13 saylı fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddəti üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə ərizənin və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, ərizə baxılmamış saxlanır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 03 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Ərizəçinin barəsində müvafiq faktın tanınmasını tələb etdiyi X2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi (indiki Novruzov Qardaşları) 13 saylı fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddəti üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması bərədədir; bi isə o deməkdir müvafiq hüquq haqqında mübahisə olmaqla ərizəçi ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Digər tərəfdən, Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsində məhkəmənin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən etmə imkanı nəzərdə tutulmuş olsa da, qeyd olunmalıdır ki, xüsusi icraat işləri məhkəməyə aid hüquq haqqında mübahisənin olmadığı işlərdir və mübahisənin mövcudluğu həmin icraat qaydasında işlərə məhkəmədə baxılmasını istisna edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqü izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisi) “buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar