Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4358/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********27672 olan X1 8 Pro markalı telefon üçün 608.8 manat ödənilməmiş hissə, 60.2 manat cərimə, ümumilikdə 669 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 22.01.2020-ci il müqaviləsinə əsasən, İMEİ kodu **********27672 olan X1 8 Pro markalı telefon almış və nəticədə 669 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 730.8 manat (yəni 12 ay x 60.9 manat + 0 manat ilkin ödəniş), olan İMEİ kodu **********27672 olan X1 8 Pro markalı telefon üçün ümumilikdə 669 manat olmaqla ondan 608.8 manat ödənilməmiş hissə, 60.2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 112 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştərimübahisəsiz olaraq penya ödəyir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, işin məhkəmədən kənar həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 22.01.2020-ci il tarixli 20054129 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh oğluna İMEİ kodu **********27672 olan X1 8 Pro markalı telefon satılmışdır. İş materiallarında olan 22.01.2020-ci il tarixli 20054129 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 60.9 manat müəyyən edilmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh oğıuna borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 21.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh oğlunun 22.01.2020-ci il tarixli 20054129 saylı müqavilə üzrə ödəməli olduğu məbləğ ümumilikdə 669 manat olmaqla ondan 608.8 manat ödənilməmiş hissə, 60.2 manat cərimə borcu təşkil edir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh oğluna nisyə satış müqaviləsinə görə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, cəmi 730.8 manat dəyərində mal satılmışdır ki, Cavabdeh oğlu İddiaçı MMC ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh oğlundan İMEİ kodu **********27672 olan X1 8 Pro markalı telefon üçün ümumilikdə 669 manat olmaqla ondan 608.8 manat ödənilməmiş hissə, 60.2 manat cərimə pulu və 30 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 22.01.2020-ci il tarixli 20054129 saylı müqavilə üzrə ümumilikdə 669 (altı yüz altmış doqquz) manat olmaqla ondan 608.8 manat ödənilməmiş hissə, 60.2 manat cərimə pulu və 30 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4358/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4358/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver