Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4373/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.12.2020-ci il tarixli müqaviləsinə əsasən Xiaomi naqilsiz şarj cihazı, telefon aksesuarı, BEURER Yorğan üçün 177.6 manat ödənilməmiş hissə, 39.4 manat dəbbə pulu; 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung saat üçün 765 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Tərəzi, TP-LİNK Router üçün 206.4 manat ödənilməmiş hissə, 35.6 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung saat üçün 765 manat ödənilməmiş hissə. 88 manat dəbbə; 23.11.2020-ci il tarixli müqaviləsinə əsasən Hoco TWS qulaqlıq üçün 70.2 manat ödənilməmiş hissə 20.8 manat dəbbə; 06.12.2020-ci il tarixli müqaviləsinə əsasən. Samsung qulaqlıq üçün 472.8 manat ödənilməmiş hissə, 45.2 manat dəbbə pulu; 30.11.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ Kodu **********09556 olan X6 A 8.0 markalı tablet, TWS Panasonic üçün 708 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu; 02.12.2020-ci il tarixli müqaviləsinə əsasən. Samsung LED TV üçün 1545.6 manat ödənilməmiş hissə. 153.4 manat dəbbə; 28.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********99449 olan BQ-7098G markalı telefon üçün 229.2 manat ödənilməmiş hissə. 34.8 manat dəbbə pulu; 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən. Apple qulaqlıq üçün 416.4 manat ödənilməmiş hissə. 81.6 manat dəbbə pulu; 26.11.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoco TWS qulaqlıq üçün 50.1 manat ödənilməmiş hissə. 14.9 manat dəbbə pulu olmaqla, ümumilikdə. 6149 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC TELECOM’’ MMC ilə 20.12.2020-ci il, 19.12.2020-ci il, 14.12.2020-ci il, 14.12.2020-ci il, 23.11.2020-ci il, 06.12.2020-ci il, 30.11.2020-ci il, 02.12.2020-ci il, 28.11.2020-ci il, 01.12.2020-ci il və 26.11.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən Xiaomi naqilsiz şarj cihazı, telefon aksesuarı, BEURER Yorğan, Samsung saat, Hoffmann Tərəzi, TP-LİNK Router, Samsung saat, Hoco TWS qulaqlıq, Samsung qulaqlıq, İMEİ Kodu **********09556 olan X6 A 8.0 markalı tablet, TWS Panasonic, Samsung LED TV, İMEİ Kodu **********99449 olan BQ-7098G markalı telefon, Apple qulaqlıq, Hoco TWS qulaqlıq almış və nəticədə 6149 manat borc yaranmışdır. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 20.12.2020-ci il tarixli 22144688 nömrəli müqavilədən müəyyən olunur ki, Müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 177. manat olan Xiaonıi naqilsiz şarj cihazı, telefon aksesuarı, BELRFR Yorğan almışdır. 20.12.2020-ci il tarixli 22144688 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 7.40 manat təşkil edir. İş materiallarında olan 19.12.2020-ci il tarixli ********* nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 765 manat olan Samsung saat almışdır. 19.12.2020-ci il tarixli ********* nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 42.50 manat təşkil edir. İş materiallarında olan 14.12.2020-ci il tarixli 22130712 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 206.4 manat olan Hoffmann Tərəzi, TP-LİNK Router almışdır. 14.12.2020-ci il tarixli 22130712 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 17.20 manat təşkil edir. İş materiallarında olan 14.12.2020-ci il tarixli 22131235 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti manat olan Samsung saat almışdır. 14.12.2020-ci il tarixli 22131235 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 42.50 manat təşkil edir. İş materiallarında olan 23.11.2020-ci il tarixli 22066244 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 73.2 manat olan Hoco TWS qulaqlıq almışdır. 23.11.2020-ci il tarixli 22066244 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 23.40 manat təşkil edir. İş materiallarında olan 06.12.2020-ci il tarixli 22108776 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 472.8 manat olan Samsung qulaqlıq almışdır. 06.12.2020-ci il tarixli 22108776 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 19.70 manat təşkil edir. İş materiallarında olan 30.11.2020-ci il tarixli 22093639 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 708 manat olan İMEİ Kodu **********09556 olan X6 A 8.0 markalı tablet, TWS Panasonic almışdır. 30.11.2020-ci il tarixli 22093639 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 59 manat təşkil edir. İş materiallarında olan 02.12.2020-ci il tarixli 22100752 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən , alqısatqı qiyməti 1555.6 manat olan Samsung LED TV almışdır. 02.12.2020-ci il tarixli 22100752 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 64.40 manat təşkil edir. İş materiallarında olan 28.11.2020-ci il tarixli 22091429 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 229.2 manat olan İMEİ Kodu **********99449 olan BQ-7098G markalı telefon almışdır. 28.11.2020-ci il tarixli 22091429 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 38.20 manat təşkil edir. İş materiallarında olan 01.12.2020-ci il tarixli 22097670 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 416.4 manat olan Apple qulaqlıq almışdır. 01.12.2020-ci il tarixli 22097670 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 34.70 manat təşkil edir. İş materiallarında olan 26.11.2020-ci il tarixli 22076586 nömrəli müqavilədən müəyyən olunur ki, müştəri Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqısatqı qiyməti 52.1 manat olan Hoco TWS qulaqlıq almışdır. 26.11.2020-ci il tarixli 22076586 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 16.70 manat təşkil edir. İş materiallarında olan 30.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilələri ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilələrdə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.12.2020-ci il tarixli müqaviləsinə əsasən 177.6 manat ödənilməmiş hissə, 39.4 manat dəbbə pulu; 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən 765 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən 206.4 manat ödənilməmiş hissə, 35.6 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən 765 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 23.11.2020-ci il tarixli müqaviləsinə əsasən 70.2 manat ödənilməmiş hissə 20.8 manat dəbbə; 06.12.2020-ci il tarixli müqaviləsinə əsasən 472.8 manat ödənilməmiş hissə, 45.2 manat dəbbə pulu; 30.11.2020-ci il tarixli müqaviləsinə əsasən 708 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu; 02.12.2020-ci il tarixli müqaviləsinə əsasən 1545.6 manat ödənilməmiş hissə, 153.4 manat dəbbə; 28.11.2020-ci il tarixli müqaviləsinə əsasən 229.2 manat ödənilməmiş hissə, 34.8 manat dəbbə pulu; 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən 416.4 manat ödənilməmiş hissə, 81.6 manat dəbbə pulu; 26.11.2020-ci il tarixli müqaviləsinə əsasən 50.1 manat ödənilməmiş hissə, 14.9 manat dəbbə pulu olmaqla, ümumilikdə 6149 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.12.2020-ci il tarixli müqaviləsinə əsasən 177.6 manat ödənilməmiş hissə, 39.4 manat dəbbə pulu; 19.12.2020-ci il tarixli müqaviləsinə əsasən 765 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən 206.4 manat ödənilməmiş hissə, 35.6 manat dəbbə; 14.12.2020-ci il tarixli müqaviləsinə əsasən 765 manat ödənilməmiş hissə, 88 manat dəbbə; 23.11.2020-ci il tarixli müqaviləsinə əsasən 70.2 manat ödənilməmiş hissə 20.8 manat dəbbə; 06.12.2020-ci il tarixli müqaviləsinə əsasən 472.8 manat ödənilməmiş hissə, 45.2 manat dəbbə pulu; 30.11.2020ci il tarixli müqaviləsinə əsasən 708 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu; 02.12.2020-ci il tarixli müqaviləsinə əsasən 1545.6 manat ödənilməmiş hissə, 153.4 manat dəbbə; 28.11.2020-ci il tarixli müqaviləsinə əsasən 229.2 manat ödənilməmiş hissə, 34.8 manat dəbbə pulu; 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən 416.4 manat ödənilməmiş hissə, 81.6 manat dəbbə pulu; 26.11.2020-ci il tarixli müqaviləsinə əsasən 50.1 manat ödənilməmiş hissə, 14.9 manat dəbbə pulu olmaqla, ümumilikdə 6149 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4373/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4373/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver