Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4382/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “şəxsin vafat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “şəxsin vafat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 16.06.2021ci il tarixdə Abşeron rayon ərazisində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 23.10.1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur. Atası 16.06.2021-ci il tarixdə yaşadıqları evdə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1A-da vəfat etmişdir. X1 17.06.2021-ci il tarixdə Qazax rayonu, Daşsalahlı kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxs1nə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Verilmiş imtina məktubunda ona bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Yaşadığı yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin 22.07.2021-ci il tarixli qərardad ilə ərizəsi geri qaytarılaraq, qeydiyyatda olduğu yer üzrə müraciət edilməsi izah olunmuşdur. Odur ki, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, X3 onun atasıdır. 16.06.2021-ci il tarixdə vəfat edib. Qazax rayonu, Daşsalahlı kənd qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X6 ifadəsində bildirmişdir ki, o, mərhum onun iş yoldaşıdır. X3 16.06.2021-ci il tarixdə işdə olarkən özünü pis etdiyindən evə getmiş və sonradan onun ölməsi məlum olmuşdur. Dəfndə iştirak etdiyini və Qazax rayonu, Daşsalahlı kəndində dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Maraqlı şəxs1 05/Q-901/15 saylı 06.07.2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanlarının xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş 16.06.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16.06.2021-ci il tarixdə saat 13:30-da X2 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 15.07.2021-ci il tarixli, 1019 nömrəli məktubundan görünür ki, B.Abdullayevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. AZE 14839122 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23.10.1963cü il tarixdə Qazax rayonu, Daşsalahlı kəndində doğulmuşdur. AZE ******** nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. 21.09.2021-ci il tarixli ünvan 2şından görünür ki, mərhum X3 həqiqətəndə 17.06.2021-ci il tarixdə Daş Salahlı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 23.10.1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş X3 16.06.2021-ci il tarixdə vəfat edib və 17.06.2021-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kənd qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 16.06.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.10.1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş X2 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 16.06.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxs2nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4382/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4382/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver