Məhkəmə qərarları › İş №2(005)-4399/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4399/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4399/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx“ MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********13607 Samsung Galaxy A6 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 316 manat; İMEİ kodu **********66854 Honor 10 lite markalı telefon üçün 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 139 manat; İMEİ kodu **********04761 Honor 9 lite markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, cəmi 264 manat, ümumilikdə 719 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 749 manat olmaqla Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********13607 Samsung Galaxy A6 markalı telefon, İMEİ kodu **********66854 Honor 10 lite markalı telefon, İMEİ kodu **********04761 Honor 9 lite markalı telefon almış və nəticədə 719 (yeddi yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat (12 ay x 58 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********13607 Samsung Galaxy A6 markalı telefon üçün 316 (üç yüz on altı) manat olmaqla ondan, 127 (yüz iyrimi yeddi) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********66854 Honor 10 lite markalı telefon üçün 139 (yüz otuz doqquz) manat olmaqla ondan, 127 (yüz iyrmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490 (dörd yüz doxsan) manat (12 ay x 40 manat + 10 manat ilkin ödəniş) İMEİ kodu **********04761 Honor 9 lite markalı telefon üçün 264 (iki yüz altmış dörd) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1035 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim“olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********13607, **********66854 və **********04761 olan Samsung Galaxy A6, Honor 10 lite və Honor 9 lite markalı telefonları almış alqı-satqı qiyməti 696 manat (12 ay x 58 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********13607 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 316 (üç yüz on altı) manat, alqı-satqı qiyməti 504 manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) Honor 10 lite markalı telefon üçün ümumilikdə, 139 manat olmaqla ondan və alqı-satqı qiyməti 490 (dörd yüz doxsan) manat (12 ay x 40 manat + 10 manat ilkin ödəniş) İMEİ kodu **********04761 olan Honor 9 lite markalı telefon üçün ümumilikdə, 264 (iki yüz altmış dörd) manat borc yaranmışdır. Həmin əşyalar “xxxx” MMC tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı “xxxx” MMC cavabdeh tərəfindən həmin müqavilə üzrə ödəniş edilməmişdir. Cavabdehin, müqavilələr üzrə ümumilikdə 719 manat borcunu iddiaçı “xxxx” MMC cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 3 gün ərzində yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə İMEİ kodu **********13607 Samsung Galaxy A6 markalı telefon üçün 127 (yüz iyrimi yeddi) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 316 manat; İMEİ kodu **********66854 Honor 10 lite markalı telefon üçün 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 139 manat; İMEİ kodu **********04761 Honor 9 lite markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, cəmi 264 manat, ümumilikdə 719 manat borc iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən İMEİ kodu **********13607 Samsung Galaxy A6 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 316 manat; İMEİ kodu **********66854 Honor 10 lite markalı telefon üçün 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 139 manat; İMEİ kodu **********04761 Honor 9 lite markalı telefon üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, cəmi 264 manat, ümumilikdə 719 manat borc və 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 719 (yeddi yüz on doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "“xxxx“" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar