Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4408/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 23, 19 saylı mənzildə yaşamışdır. Qardaşının ərizəçidən başqa hər hansı bir qohumu olmamışdır. X4 onkoloji xəstə olmuşdur və 16 may 2021-ci ildə öz evində rəhmətə getmişdir. Ərizəçi dərhal təcili tibbi yardım stansiyaya müraciət etmiş və oradan gələn həkimlər qardaşının ölməsini müəyyən etmişlər və bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Bundan sonra yerli poliklinikadan ərizəçiyə bildirdilər ki, xəstə ev şəraitində rəhmətə getmişdir, poliklinika hər hansı bir sənəd vermir və ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə qeydiyyat şöbəsinə müraciət etməlidir. Qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat Şöbəsi ona ölümün təsdiq edən sənədin olmamasını səbəbindən məhkəmyə müraciət etməsini tövsiyyə etmişlər. Ona görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X2 İsa Rafiq oğlunun 16.05.2021-ci il tarixdə öldüyünü və “Qurd Qapısı” qəbirstanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X1 İsa Rafiq oğlunun 16.05.2021-ci il tarixdə öldüyünü və “Qurd Qapısı” qəbirstanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Maraqlı şəxs 12.06.2021-cı ıl tarixli 126 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlılq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın olmuş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmaması ərizəçiyə bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti uzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt Şəhər Onkoloji Xəstəxanası tərəfindən verilmiş 28.09.2019-cu il tarixli epikrizdən müəyyən olunur ki, X11 şəkərli diabet İİ-li tip və xroniki anemiya xəstəliyindən əziyyət çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 848 nömrəli arayışdan müəyyən olunur ki, X11 17.05.2021ci il tarixdə Qaradağ rayonu Ümumşəhər (Qurd Qapısı) qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli 0821 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 23, 19 saylı mənzildə 16.05.2021-ci il tarixdə öldüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 24.06.1956-cı il təvəllüdlü X9 16.05.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 23, 19 saylı mənzildə vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.06.1956-cı il təvəllüdlü X9 16.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4408/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4408/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver