Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4483/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşunski küçəsi, ev 33, 7 saylı mənzilə dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 cavabdeh İddiaçı MMC-nə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair 2(005)-839/2021 saylı mülki işlə bir icraata birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2-ci maddəsinə əsasən bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-839/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair 2(005)-4483/2021 nömrəli mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-839/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4483/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4483/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver