Məhkəmə qərarları › İş №2(005)-4500/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4500/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4500/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 20.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 ərizəçinin qardaşı idi. O, 18.01.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Qardaşı 20.07.2021-cı il tarixdə təxminən saat 16:00 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Mərdəkan çimərliyində dəniz sularında üzərkən ehtiyatsızlıq edib suda bataraq boğulub ölmüşdür. Ərizəçi qardaşını növbəti gün Abşeron rayonu Ramana qəsəbəsi Gülçülük qəbirstanlığında dəfn etmişdir. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, cavab olaraq ərizəçiyə 26.08.2021-cı ıl tarixli 183 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlılq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın olmuş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi bildirilmişdir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti uzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda 30 sentyabr 2021-ci il tarixli məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 Yasin Mirəli oğlunun 20.02.2021-ci il tarixdə öldüyünü və Ramana qəsəbəsi Gülçülük qəbirstanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Maraqlı şəxs 26.08.2021-cı ıl tarixli 183 saylı cavab məktubu görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlılq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın olmuş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmaması ərizəçiyə bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti uzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 tərəfindən verilmiş, 20.07.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 1989-cu il təvəllüdlü X3 meyiti 20.07.2021-ci il tarixdə məhkəmə-tibb müayinəsindən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Maştağa bələdiyyəsi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 848 nömrəli arayışdan müəyyən olunur ki, X6 ARSN-nin “MTE və PAB” X9 tərəfindən verilmiş arayış çəsasında 20.07.2021-ci il tarixdə Maştağa qəsəbəsi, Subtropik sovxoz ərazisindəki qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 18.01.1989-cu il təvəllüdlü X3 20.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.01.1989-cu il təvəllüdlü X3 20.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar