Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4533/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı «aktların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı «aktların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh geofizika və Geologiya İdarəsi tərəfindən tərtib edilmiş, iddiaçının xx.xx.2014-cü ildə Geofizika və Geologiya İdarəsinə dəvət edilməsi, lakin bu çağırışa getməkdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli, eləcə də, iddiaçıya “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün 2 saylı çöl seysmik ekspedisiyasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinin təklif etməsi və iddiaçının bu təklifdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli aktların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə məhkəmə tərəfindən əmək münasibətləri üzrə aktların etibarsızlığı əmək mübahisələrindən irəli gələn münasibətlərə aid deyildir. Bununla belə iddiaçı geofizika və geologiya idarəsi tərəfindən tərtib edilmiş, iddiaçının xx.xx.2014-cü ildə geofizika və geologiya idarəsinə dəvət edilməyi, lakin bu çağırışa getməkdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli, eləcə də, iddiaçıya “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün 2 saylı çöl seysmik ekspedisyasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinin təklif etməsi və iddiaçının bu təklifdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli aktların etibrasız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibrasız sayıla bilər. İş materiallarından göründüyü kimi iddia ərizəsində mübahisələndirilən xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il taixli aktların surətlərinin heç biri mülki iş materiallarına əlavə edilməmiş, eyni zamnda bu aktların hansı hüquqi nəticəyə səbəb olduğunu iddiaçı iddia ərizəsində əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı «aktların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı «aktların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4533/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4533/2020
18.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver