Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4558/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum haqqında şədatənaməsinin verilməsi barədə Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Rusiya federasiyasının vətəndaşı Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. Ərizəçi 1992ci il tarixdən Rusiya Federasiyasının vətəndaşı olmuşdurO,1988-ci il tarixdə məlum səbəblərə görə öz yaşadığı rayonu tərk etmək məcburiyyətində qalmışdır. Ermənistan SSR-dən məcburi şəkildə köçürüldükdən sonra Ərizəçi məxsus doğum haqqında şəhadətnamə itmişdir. Ərizəçi bacıları olan aşağıda qeyd edilən şəxslər:X3 (Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 170, mənzil 14; AZE ********) X6 (Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəs., “Qum adası" Y/M 3-cü küçə, bağ 8, AZE ********) X4 (Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küç., ev 27, mənzil 265, AZE ********) X8 (AA ******* fın: 2XDT1NY) Məhkəmə iclasında Ərizəçi oğlunun nümayəndəsi və vəkili Vəkil vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi oğlu tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi oğlu onun qardaşıdır və onu dediklərini təsdiqləyirlər. Məhkəmə iclasında iştirakı Ərizəçi oğlu tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi oğlu onun qardaşıdır və onu dediklərini təsdiqləyir. Məhkəmə, ərizəçinin izahatını dinləyib və şahidlərin ifadələrini dinləyib,maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışına əsasən Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Ünvanı Bakı şəhəri, Ş.Musatafayev küçəsi 27, 265 olaraq göstərilmişdir. Rusiya Federasiyasının xarici pasportuna əsasən Ərizəçi xx.xx.1961-ci ildə Ermənistanda anadan olmuşdur. 27.08.2015-ci il tarixdə Asan 1 mərkəzi tərəfindən verilmiş AZE seriyalı 15875294 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 06.02.1952-ci il tarixdə Ermənistanın, Vardenis şəhərində anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; 06.09.2013-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 13983376 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 20.04.1959-ci il tarixdə Ermənistanın, Basar-keçər şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Zığ qəsəbəsi, “Qum Adası” y/m 3-cü küçə bağ 8 ünvanında qeydiyyatdadır 06.09.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi oğlu 12.04.1964-ci il tarixdə Ermənistanın, Basarkeçər şəhərində doğulmuşdur. Ərizəçi hazırda Bakı şəhəri, Ş.Musatafayev küçəsi 27, 265 bu ünvanda yaşayır. Doğum akt qeydinin edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi oğlunun Ermənistanın, Basarkeçər rayonunda xx.xx.1961-ci il tarixdə anadan olması təsdiq olunsun. xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş Ərizəçi oğlunun doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1961-ci il, doğum yeri qrafasında Ermənistanın, Basarkeçər rayonu, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X7, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X1 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi oğluna yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4558/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4558/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver