Məhkəmə qərarları › İş №2(005)-4571/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4571/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4571/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi Süleyman oğlunıu iştirakı ilə Ərizəçi Süleyman oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Süleyman oğlu “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 1961-cı ıl təvəllüdlü X2 22 avqust 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Süleyman oğlu tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 həyat yoldaşı idi. O, 30 sentyabr 1961-cı ildə Bakı şəhərində doğulmuşdu. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, onunla birgə yaşayırdı 22 avqust 2021-cı ıl tarixində həyat yoldaşının vəziyyəti ağırlaşdı və o, dərhal X10 zəng etdi lakin, onlar gələndə həyat yoldaşı vəfat etmişdi. Həyat yoldaşını hadisə gecə baş verdiyi səbəbində sabah 23 avqust 2021 -ci il tarixində Abşeron rayonu, Saray qəsəbə köhnə qəbirstanlığında dəfn etmişdir. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Nərimonov Rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət etdi. Bakı şəhər Nərimonov Rayon Qeydiyyat Şöbəsi 02 Sentyabr 2021 -ci il tarix Nömrəli məktubla bildirmişdir kı, ölüm haqqında akt qeydinin aparılması uçun 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətili faktının tanınması üçün məhkəməyə müraciət edilməlidir.Bu səbəbdən Bakı şəhər Nərimonov Rayonu Məhkəməsinə müraciyyət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi Süleyman oğlu ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi Süleyman oğlu tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X3 onun anasıdır, gecə vaxtı vəziyyəti ağırlaşmışdır. Təcili yardım çağrılmışdır, lakin gələnə qədər artıq ünvan 1 ünvanında vəfat etmişdir. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, Ərizəçi Süleyman oğlunun izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 15.11.2014-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 14863735 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 30.09.1961-cı il tarixdə Azərbaycan, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, e 26 m 717 ünvanında qeydiyyatdadır; 15.11.2014-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi Süleyman oğlu xx.xx.1962-cu il tarixdə Azərbaycan, Ermənistan,Mehri rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, e 26 m 717 ünvanında qeydiyyatdadır; X5 Stansiyası ölüm haaqında xəbərdarlıq vərəqsinə əsasən 22.08.2021-ci il tarixdə saat 23:06-da X3 vəfat etmişdir. Abşeron rayon Saray Bələdiyyəsinin arayışına əsasən X4 22.08.2021-ci il tarixdə Saray qəsəbəsi köhnə qəbristanlıqda fəfn edilmişdir. 08.09.2021ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Süleyman oğlu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 30.09.1961-ci il tarixdə anadan olmuş X3 Ərizəçi Süleyman oğlunun arvadıdır. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26 mənzil 717 ünvanında qeydiyyatdadır. X3 22.08.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26 mənzil 717 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 30.09.1961-ci il tarixdə anadan olmuş X2 22.08.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi Süleyman oğluna aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30.09.1961-ci il tarixdə anadan olmuş X3 22.08.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar