Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4590/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 12.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X12 onun anasıdır. X12 1952-ci ildə Bakı şəhərində doğulmuşdur. 12.04.2021-ci il tarixdə anası X6 vəziyyəti ağırlaşmış və X15 gələnə qədər vəfat etmişdir. X4 gün Yasamalda yerləşən Dağüstü 1 qəbristanlığında dəfn etmişlər. Sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, lakin oradan bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, X12 onun arvadı idi. 12.04.2021-ci il tarixdə vəfat edib. Xəsətliyi olmamışdır, lakin onun bacısı vəfat edəndən sonra vəziyyəti pisləşmişdir. Bakı, Yasamalda yerləşən Dağüstü 1 qəbristanlığında atasının yanında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X13 ifadəsində bildirmişdir ki, vəfat edən onun dostunun anasıdır. Dəfndə iştirak etdiyini və Bakı şəhəri, Yasamalda yerləşən Dağüstü 1 qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE 06022735 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 02.05.1952ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə doğulmuş, atası X5, anası X9r. Bakı şəhəri Təcili və X7 Stansiyası tərəfindən verilmiş 12.04.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 12.04.2021-ci il tarixdə saat 19:01-də X6 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 09.09.2021-ci il tarixli, 1418 nömrəli məktubundan görünür ki, 02.05.1952-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 13.04.2021-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. Qəbr daşının fotoşəklindən görünür ki, X12 02.05.1952-ci ildə doğulmuş və 13.04.2021-ci ildə rəhmətə getmişdir. Abşeron rayon Qeydiyyat şöbəsinin 193 saylı 08.09.2021-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanlarının xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 02.05.1952-ci ildə Bakı şəhərində anadan olmuş X12 12.04.2021-ci il tarixdə vəfat edib və 13.04.2021-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X6 12.04.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.05.1952-ci ildə Bakı şəhərində anadan olmuş X6 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 12.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4590/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4590/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver