Məhkəmə qərarları › İş №2(005)-4592/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4592/2021

11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4592/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 30.06.1930-cu il təvəllüdlü X4 03.09.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 30.06.1930-cu il təvəllüdlü X9 03.09.2021ci il tarixində 91 yaşında yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etmişdir və Hövsan kənd qəbirstanlığında dəfn edilmişdir. Atası qoca olmuş və uzun zaman (9 ay) idi ki, yıxılmış, omba sümüyündən zədə almış və yatağa düşmüşdür. 3 sentyabrda atasının vəziyyəti qəfildən ağırlaşmış, onlar təcili tibbi yardım çağırmış, tibbi yardım gələnə qədər artıq atası vəfat etmişdi və 1 saylı BŞ TTYS-nin həkimi onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında ifadə verən şahid X10 bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X9 03.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib, Hövsan qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X7 bildirmişdir ki, o, ərizəçinin gəlinidir. X9 ölümündən bir neçə ay öncə yıxılmış və aldığı zədəyə görə yatağa düşmüşdür. 03.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Hövsan qəsəbəsində dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 09.09.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Maraqlı şəxs onun X1nun ölümünün qeydiyyata alınması barədə 14 yanvar 2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X6 Stansiyasının 1 nömrəli Bölməsinin 03.09.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 03.09.2021-ci il saat 10:30 radələrində ünvan 1 mənzilinə X4 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; Bakı şəhəri, Suraxanı Rayon Bələdiyyəsinin bələdiyyəsinin 21.09.2021-ci il tarixli 1105 nömrəli arayışının məzmunundan görünür ki, mərhum X9 03.09.2021-ci il tarixdə Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn edilmişdir. Qazax Rayon VVAQ Şöbəsinin AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərova Hicran Paşa qızı 10 avqust 1962-ci il tarixdə Qazax rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 31.08.1962-ci il tarixdə 250 nömrə ilə qeyd edilmişdir. X1, anası X3 qeyd edilmişdir; Bakı şəhəri Səadət Sarayında 260289 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İsgənədrova Hicran Paşa qızı arasında 26.05.1982ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 oktyabr 1989-cu il tarixdə 2019 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mövsümova soyadı verilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X4 03.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X4 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.06.1930-cu il təvəllüdlü X4 03.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar