Məhkəmə qərarları › İş №2(005)-4606/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4606/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4606/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Oruc oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Oruc oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada girov qoyduğu qızıl zinət əşyalarının satılması nəticəsində dəymiş maddi zərərə görə 6800 manat, mənəvi zərərə görə 1000 manat və iddia ərizə ilə məhkəmə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 20.10.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək 2(005)- 4606/2021 saylı iş üzrə məhkəmə aidiyyəti məsələsinə baxıb müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əliyev X2 Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində rəsmi qeydiyyatda olmasına baxmayaraq, iddia ərizəsində rəsmi qeydiyyat ünvanı qəsdən təhrif olunaraq ünvan 1tərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh2 ərizəsinə etiraz edərək, mülki işin ərazi aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 ərizəsini nəzərdən keçirib, işdə olan materiallarla birlikdə tədqiq edib belə qənaətə gəlir ki, ərizə təmin edilməli, mülki iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Nehrəm kəndində doğulmuş, Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. Habelə iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, digər cavabdeh Həmzəyev X1 Muxtar Respublikası, Nehrəm Ərazi İdarəsi Nehrəm kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2.-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş və mülki iş məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan məhkəmə iclasında məlum olmuşdur ki, cavabdehlər Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin: 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə, şərh olunanlara əsasən işin ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Oruc oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4606/2021 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar