Məhkəmə qərarları › İş №2(005)-4643/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4643/2021

23.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4643/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı Kreditor "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Borclu kreditorun xeyrinə 752,68 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Hesab edirəm ki, 17.01.2020-ci il tarixdə "xxxx" MMC ilə Borclu arasında bağlanmış müqavilə kredit təşkilatı ilə bağlanmış kredit müqaviləsidir. Ona görə də hazırki mübahisəyə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, məhkəmə əmri tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa verilə bilər. 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul edilməsindən imtina üçün əsasdır. 279.3-cü maddəsinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır və bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar