Məhkəmə qərarları › İş №2(005)-4651/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4651/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4651/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefon üçün 1020.6 (min iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 168.4 (yüz altmış səkkiz manat qırx qəpik) manat dəbbə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08251 olan X6 8 markalı telefon üçün 400.4 (dörd yüz manat qırx qəpik) manat ödənilməmiş hissə, 120.6 (yüz iyirmi manat atmış qəpik) manat dəbbə; 28.05.2020-ci il tarixli müqaviləsinə əsasən, ARİSTON Kombi üçün 1218.8 (min iki yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 364.2 (üç yüz altmış dörd manat iyirmi qəpik) manat dəbbə; 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu üçün 2121.8 (iki min yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 435.2 (dörd yüz otuz beş manat iyirmi qəpik) manat dəbbə; 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlıq üçün 253.4 (iki yüz əlli üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat altmış qəpik) manat dəbbə, ümumilikdə 6173 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********08251 olan X6 8 markalı telefon, ARİSTON Kombi, Samsung Soyuducu, İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlıq almış və nəticədə 6173 (altı min yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1070.6 (min yetmiş manat altmış qəpik) manat (18 ay x 56.7 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 1189 (min yüz səksən doqquz) manat olmaqla ondan. 1020.6 (min iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 168.4 (yüz altmış səkkiz manat qırx qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602.4 (altı yüz iki manat qırx qəpik) manat (12 ay x 50.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08251 olan X6 8 markalı telefon üçün ümumilikdə. 521 (beş yüz iyirmi bir) manat olmaqla ondan, 400.4 (dörd yüz manat qırx qəpik) manat ödənilməmiş hissə, 120.6 (yüz iyirmi manat atmış qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1624.8 (min altı yüz iyirmi dörd manat səksən qəpik) manat (12 ay x 135.4 manat + 0 manat ilkin ödəniş) olan ARİSTON Kombi üçün ümumilikdə, 1583 (min beş yüz səksən üç) manat olmaqla ondan, 1218.8 (min iki yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 364.2 (üç yüz altmış dörd manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2386.8 (iki min üç yüz səksən altı manat səksən qəpik) manat (18 ay x 132.6 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu üçün ümumilikdə, 2557 (iki min beş yüz əlli yeddi) manat olmaqla ondan. 2121.8 (iki min yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 435.2 (dörd yüz otuz beş manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 698.4 (altı yüz doxsan səkkiz manat qırx qəpik) manat (12 ay x 58.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlıq üçün ümumilikdə, 323 (üç yüz iyirmi üç) manat olmaqla ondan, 253.4 (iki yüz əlli üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat altmış qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1368 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli, 20018043 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 698,4 manat olan İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlığı almış və 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla ayda 58,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2020-ci il tarixli əşyanın nisyə alqısatqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 602,4 manat olan İMEİ kodu **********08251 olan X6 8 markalı telefon almış, 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla ayda 50,2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.05.2020-ci il tarixli, 20314210 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 1624,8 manat olan ARİSTON Kombi almış və 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 135,4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.06.2020-ci il tarixli, 20353637 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 2386,8 manat olan Samsung Soyuducu almış və 18 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 132,6 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2020-ci il tarixli, 21170596 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 1070,6 manat olan İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefonu almış və 18 ay müddətinə 50 manat ilkin ödəniş olmaqla, ayda 56,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********08251 olan X6 8 markalı telefon, ARİSTON Kombi, Samsung Soyuducu, və İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlıq Cavabdeh təhvil verilmişdir; "xxxx" MMC-nin 21.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli müqavilələrinə əsasən cavabdeh bu günə kimi iki müqavilələr üzrə 1368 manat ödəmiş, 21.08.2021-ci il tarixə cavabdehin cəmiyyətə 5015 manat məbləğində ödənilməmiş əsas borcu, 1158 manat dəbbə pulu borcu, cəmi 6173 manat borcu vardır; "xxxx" MMC tərəfindən Cavabdehna ünvanlanan 03.05.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; 24.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 1070,6 manat olan İMEİ kodu **********77024 olan XİAOMİ REDMİ 9, İMEİ kodu **********20538 olan Samsung Galaxy A21s markalı telefonu almış və 18 ay müddətinə 50 manat ilkin ödəniş olmaqla, ayda 56,7 manat ödəniş etməyi, qiyməti 602,4 manat olan İMEİ kodu **********08251 olan X6 8 markalı telefon almış, 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla ayda 50,2 manat ödəniş etməyi, qiyməti 1624,8 manat olan ARİSTON Kombi almış və 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 135,4 manat ödəniş etməyi, qiyməti 2386,8 manat olan Samsung Soyuducu almış və 18 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 132,6 manat ödəniş etməyi, qiyməti 698,4 manat olan İMEİ kodu **********25839 Samsung Galaxy A30s markalı telefon, 2 ədəd aksesuar və qulaqlıq almış və 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla ayda 58,2 manat ödəniş etməyi bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən 21.08.2021-ci il tarixinə onun 015 manat məbləğində ödənilməmiş əsas borcu, 1158 manat dəbbə pulu borcu, cəmi 6173 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli müqavilələr üzrə yaranmış cəmi 2306,4 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 1158 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli müqavilələr üzrə hesablanmış 168,4 manat, 120,6 manat, 364,2 manat, 435,2 manat və 69,6 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 60 manat, 20 manat, 70 manat, 100 manat və 6 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.09.2020-ci il, 13.03.2020-ci il, 28.05.2020-ci il, 16.06.2020-ci il və 07.01.2020-ci il tarixli müqavilələr üzrə 5015 manat məbləğində əsas, 256 manat məbləğində cərimə məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.09.2020-ci il tarixli müqavilə üzrə 1020.6 (bir min iyirmi manat altmış qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə, 13.03.2020-ci il tarixli müqavilə üzrə 400.4 (dörd yüz manat qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 28.05.2020-ci il tarixli müqavilə üzrə 1218.8 (bir min iki yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, 16.06.2020-ci il tarixli müqavilə üzrə 2121.8 (iki min yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, 07.01.2020-ci il tarixli müqavilə üzrə 253.4 (iki yüz əlli üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, cəmi 5271 (beş min iki yüz yetmiş bir) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar