Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4684/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi, maraqlı şəxs 2 saylı Bakı “Asan xidmət” X5 cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs 2 saylı Bakı “Asan xidmət” X5 cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, özünün doğum faktının müəyyən olunması və doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Doğum haqqında şəhadətnaməni Ermənistan Respublikasının Masis rayonunda almışdır. Hal-hazırda onda olan şəhadətnamə ilə Azərbaycan Respublikasında şəhadətnamə ala bilmir. Səbəb onun doğum haqqında şəhadətnaməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində görünməməsidir. Yenidən doğum haqqında şəhadətnaməni almaq üçün 2 saylı Bakı “Asan xidmət” X2 müraciət etdikdə, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəməyə məktubla ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki işin materiallarını tədqiq edib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi Ermənistanda doğulmuşdur. Doğum haqqında şəhadətnaməsi olmuş, lakin itirilmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi Ermənistan Respublikasının Masis rayonunda xx.xx.1978-ci ildə doğulmuşdur. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” X5 tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli 05Q/218/68 nömrəli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan notariat qaydasında təsdiqlənmiş tərcümə olunmuş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur. X1, anası X4r. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğuna görə təmin edilərək, Ərizəçi doğum akt qeydi bərpa edilməli və doğum haqqında şəhadətnamədə ata qrafasında X7 və ana qrafasında X6 qeyd olunması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 216- 220, 305.1.1, 307.2.3, 308, 311-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Ermənistan Respublikasının Masis rayonunda xx.xx.1978-ci ildə doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X7 və ana qrafasında X6 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4684/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4684/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver